PDF Oxu

Siyasət

  • 981

“Azərbaycan silahının gücü”

image

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsində qazanılmış şanlı Zəfərin 5-ci ildönümü və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 20 illik yubileyi münasibəti ilə Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Müdafiə Sənayesi Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri anılıb.
Sonra Ümummilli Lider Heydər Əliyevin YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən büstü önünə tər gül dəstələri düzülüb, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın müdafiə sənayesinin inkişafına həsr edilmiş filmi nümayiş edilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin aparat rəhbəri Samir Ağabalayev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mahir Süleymanlı, “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov və 44 günlük Vətən müharibəsi iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı, “Mətbuat pr.40” (Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Qəzənfər Ağayev çıxış ediblər.
Qeyd olunub ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror əməliyyatında göstərdiyi qəhrəmanlıqla tarixə şanlı Zəfər səhifəsi yazdı. Bu zəfərlər illərlə həsrətində olduğumuz torpaqlarımızın azadlığı ilə nəticələndi. Bu qələbənin arxasında dövlətimizin güclü iradəsi və xalq-ordu birliyi dayanırdı. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli ordu quruculuğu prosesinin bəhrələri bu savaşda özünü göstərdi. Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti isə Azərbaycanın hərbi qüdrətini zirvəyə qaldırdı. Əldə olunan zəfərlər yalnız hərbi deyil, həm də siyasi və mənəvi cəhətdən millətimizin gücünü dünyaya nümayiş etdirdi. Burada Azərbaycanın hərbi sənaye imkanlarının inkişafı xüsusi rol oynadı. 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyi qısa müddətdə ölkəmizi müasir silah və texnologiyalarla təmin edən strateji quruma çevrildi. Müharibə zamanı istifadə olunan yüksək dəqiqlikli silah və sursatların böyük qismi məhz ölkəmizdə istehsal olundu. Bu isə ordumuzun çevik və effektiv döyüş aparmasına imkan verdi.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə müdafiə sənayesinin inkişafı daim prioritet sahə kimi diqqətdə saxlanılır. Azərbaycan silah idxalçısından silah ixrac edən ölkəyə çevrilib: “Hərbi sənaye sahəsində müstəqil addımlar ölkəmizin təhlükəsizliyinə əlavə təminat yaratdı. Qazanılmış qələbə bu sahəyə verilən önəmin nə qədər düzgün olduğunu təsdiq etdi. Xalqımızın qəhrəmanlığı ilə yanaşı, texnoloji güc də tarixi zəfərlərin qazanılmasında mühüm rol oynadı. Azərbaycanın müdafiə sənayesi ordumuzun gücünə güc qatdı”.
Çıxışlardan sonra fəxri fərmanlar təqdim edilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Digər xəbərlər