PDF Oxu

Siyasət

  • 368

İƏT-ə üzv dövlətlərin nümayəndə heyətləri Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər

image

Ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirləri və nümayəndə heyətləri Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil və gül dəstələri qoyulub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə gül dəstəsi qoyulub.

Daha sonra qonaqlar Şəhidlər Xiyabanını ziyarət edib, ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini hörmətlə anaraq məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Digər xəbərlər