PDF Oxu

Siyasət

  • 950

Milli Məclisin deputatı Anar Məmmədov şəhid ailəsini ziyarət edib

image

Milli Məclisin deputatı Anar Məmmədov Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və akademik Vaqif Abbasovla birgə rayonun Qaynaq kəndində Vətən müharibəsinin mülki şəhidi Həsən Asif oğlu Məmmədovun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.Görüşdə millət vəkili 44 günlük Vətən müharibəsində tərtərli igidlərin döyüşlərdə göstərdiyi şücaətlərdən bəhs edib, onların hər birinin qısa, lakin mənalı həyat yolunun gənc nəsil üçün nümunə olduğunu vurğulayıb. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun işğal altındakı torpaqları azad etdiyini qeyd edərək, belə qəhrəman övladlar böyütdüklərinə görə şəhid valideynlərinə dərin təşəkkürünü ifadə edib.

Digər xəbərlər