PDF Oxu

Siyasət

  • 430

YAP Gədəbəy rayon təşkilatında bir qrup veteran üzvlərin yubileyləri münasibətilə tədbir keçirildi

image

24.09.2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının ictimai-siyasi həyatında uzun illər fəallıq göstərmiş bir qrup veteran YAP üzvlərinin yubileyləri münasibəti ilə tədbir keçirildi.

Görüşdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev yubilyarları təbrik edərək bildirdi ki, partiyanın bu günkü uğurlarında onun möhkəm təməlini qoymuş, təşkilatı işlərə məsuliyyətlə yanaşan veteran üzvlərin əvəzsiz xidmətləri dayanır. Partiya fəallarının, veteren üzvlərin doğum günlərinin və yubileylərinin təntənəli keçirilməsi rayon təşkilatında ənənəyə çevrilmişdir.

Görüşdə iştirak edən digər YAP Gədəbəy rayon təşkilatının əməkdaşları da öz təbriklərini çatdırdılar.

Sonra yubilyarlara partiyanın fəaliyyətində fəal iştiraklarına görə Fəxri Fərman təqdim edildi.

Sonda yubilyarlar YAP Gədəbəy rayon təşkilatı tərəfindən onlara göstərilən diqqətə, onların ünvanına deyilən xoş sözlərə görə öz dərin minnətdarlıqlarını bildirdilər və bundan sonra da partiyanın fəaliyyətində daha yüksək məsuliyyətlə çalışacaqlarını qeyd etdilər.

Digər xəbərlər