PDF Oxu

Siyasət

  • 613

Tərtərdə ağacəkmə aksiyası keçirilib

image

Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 27 sentyabr - Anım gününün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar YAP Tərtər rayon təşkilatının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər şəhəri Heydər Əliyev prospektində yolun kənarlarında ağacəkmə aksiyası keçirilib.

AksiyadaYAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, rayon təşkilatının əməkdaşları və bir qrup YAP fəalı, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, Vətən Müharibəsi qaziləri, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin kollektivi, İƏD üzrə nümayəndələr, Bələdiyyə sədrləri və “DOST MMC”-nin işçiləri iştirak ediblər.

Aksiya çərçivəsində ərazidə 250 ədəd Eldar şamı əkilib, əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.

Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq Prezident İlham Əliyev tərəfindən 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildiyini bildirib. O, bu kimi aksiyaların rayon ərazisində mütəmadi olaraq davam etdiriləcəyini qeyd edib.

Digər xəbərlər