AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və AMEA Gənc Alimlər və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Humanitar və İctimai elmlər yeni tarixi mərhələ müstəvisində” mövzusunda II respublika elmi konfransı keçiriləcək. Bu barədə SİA-ya AMEA-dan bildirilib. Əlyazmalar İnstitutunda keçiriləcək konfransda gənc alimlər, magistrlər və doktorantlar iştirak edə bilərlər. Məruzələrin tam mətnləri noyabrın 15-dək [email protected] ünvanına göndərilməlidir.Noyabrın 15–dən 22-dək mətnlərin qəbulu barədə məlumat veriləcək. Konfrans elmi-texniki tərəqqi və humanitar fikir, ictimai elmlər və müasir elmi-texniki tərəqqi, mədəni müxtəliflik və tolerantlıq, mətnşünaslıq, mənbəşünaslıq, tarixşünaslıq və arxiv işi kimi mövzuları əhatə edəcək.