Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsinə dair dünyanın müxtəlif güc mərkəzlərinin, o cümlədən Moskvanın dəstəyini alan ermənilər,1987-ci ilin ikinci yarısından etibarən (Ulu Öndər Heydər Əliyevin siyasi bürodan uzaqlaşdırılmasından dərhal sonra ) əvəlcədən hazırlanmış bir qrup ermənini keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə göndərilərək millətlərarası münasibəti gərginləşdirmək istiqamətində fəal iş aparmağa başladı. Qarabağda cərəyan edən hadisələr həmin dövrlərdə Azərbaycanda hakimiyyətdə olmuş şəxslərin yarıtmazlığı, xalqın və dövlətin taleyinə biganəliyi, hakimiyyətlərini qorumaq üçün Moskvanın tapşırıqlarına sözsüz əməl etmələri, ermənilər üçün “münbit” şərait yaratdı. Bunun nəticəsində də ermənilər bir-birinin ardınca ərazilərimizi işğal etdi və bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.
1993-cü ildə Ulu Öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra dövlət quruculuğuna başladı. Ümummilli Lider Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi, qətiyyətli və düzgün qərarvermə bacarığı , dünya miqyasında malik olduğu nüfuzu, xalqına sonsuz məhəbbəti və xalqımız tərəfindən hədsiz sevilməsi hesabına Azərbaycan düçar edildiyi bəlalardan xilas edildi. Ulu Öndər Heydər Əliyevin 10 illik siyasi hakimiyyəti dönəmində müstəqil Azərbaycanın monalit təməli qoyuldu və ilbəil möhkəmləndirilərək, dönməzliyi təmin edildi. 2003-cü ildə cənab Preziden İlham Əliyev siyasi hakimiyyətə gəldikdən sonra müasir dövrün reallıqları nəzərə alınaraq Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirdi. Cənab Prezident İlham Əliyev bütün sahələri əhatə edən Dövlət Proqramlarını təsdiq edərək Azərbaycanın xarici simasını dəyişdirdi. Demək olar ki, Azərbaycan yenidən inşa edildi. Əhalinin ən həssas təbəqələrindən olan qaçqın və məcburi köçkünlərin problemlərinin həlli daimi diqqət mərkəzində saxlanıldı. Cənab Prezident İlham Əliyevin 04 iyul 2004-cü il tarixli 298 saylı Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına”,2007 , 2011-ci illərdə edilmiş Əlavələri təsdiq edildi. Cənab Prezident İlham Əliyev Dövlət Proqramının icrasını nəzarətdə saxlamaqla yüz minlərlə qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına nail oldu. Qaçqın və məcburi köçkünlərin ən böyük arzusu işğal altında qalan torpaqlarımızın düşmən əsarətindən xilas edilməsi, onların doğulub, boya –başa çatdıqları doğma yurd yerlərinə qayıtması olduğunu cənab Prezidenrt İlham Əliyev yaxşı bilirdi. Bunun üçün diplomatik kanallarla fəal iş aparmaqla yanaşı, bu işə məsul olan Minsk Qrupunun niyyətinin torpaqları azad etmək yox, tənzimləmə adı altında zaman qazanaraq , həmin ərazilərdə daha çox ayrı-ayrı yerlərdən gətirilmiş ermənilər hesabına məskunlaşdırmaq üçün vaxt qazandırmaq və sonda Azərbaycan əhalisini məğlubiyyətlə barışmaq olduğunu yaxşı bilən cənab Prezident İlham Əliyev yeni həll variantını seçdi ki, bu da hərbi siyasi həll variantı idi. Cənab Prezident ilham Əliyev hərbi yolla məsələnin həllini əsaslandırmaq üçün diplomatik yollardan istifadə edərək hüqüqi baza yaratdı. Paralel olaraq ordu quruculuğunu öz nəzarətinə götürdü. Müasir silah və sürsata sahib, ən yüksək fiziki hazırlığa və peşakarlığa sahib Milli Ordunu formalaşdırdı.
Ermənistanın 2020-ci ilin iyulunda Tovuzda həmin ilin sentyabr ayının 27-də Qarabağda cəbhə xəttində törətdiyi təxribatlara cavab olaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Orduya hücum əmrini verdi və döyüş əməliyyatlarına şəxsən özü rəhbərlik etdi. Cəmi 44 gün ərzində , özlərini qalib ordu kimi təqdim edən Ermənistan ordusu darmadağın edildi, torpaqlarımız işğaldan azad olundu, Ermənistan diz çökərək kapitulyasiya aktına qol çəkərək, üzərinə öhdəliklər götürmək məcburiyyətində qaldı. Beləliklə xalqımız 200 illik məğlubiyyət sindiromundan xilas oldu və nahayət ki, Qələbə sevincini yaşadı. Xalqımıza bu sevincli anları yaşadan Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və sərkərdəlik məharəti, Ordumuzun qüdrəti və xalqımızın cənab Prezident İlham Əliyevin ətrafında sıx birliyi oldu. Bizim bu gün də həmin birliyə daha böyük ehtiyacımız var.
Cənab Prezident İlham Əliyevin qətiyyəti hesabına qazanılmış bu möhtəşəm Qələbə daha ötkəm, daha qürurlu Azərbaycan yaratdı. İllər ötəcək, əsrlər keçəcək 44 günlük Vətən müharibəsi tariximizdə əbədi qalacaq.
Artıq nə Vətən həsrəti, nə də yurd yerlərindən didərgin düşmüş qaçqın, məcburi köçkün ordusu var.Tikilən , yenidən qurulan Vətən torpaqlarına qayıdış günlərini səbərsizliklə gözləyən soydaşlarımız var ki, bu arzularımız da tezliklə reallaşacaq. Nə etmək olar, Vətən torpaqlarının azad edilməsi itkisiz mümkün deyil. Torpaqlarımızın azadlığı uğrunda şəhid olanların müqəddəs ruhları qarşısında baş əyir, Allahdan onlara rəhmət diləyir, sağlamlıqlarını itirmiş qazilərimizə Allahdan şəfa diləyirik, şəhidlərimizin əzizlərinə, doğmalarına və yaxınlarına səbr arzulayıram. Cənab Prezident İlham Əliyev şəhidlərimizə ehtiram əlaməti olaraq 27 sentyabr gününü “Anım Günü”kimi rəsmiləşdirilmişdir. İllər keçəcək, hər il 27 sentyabr “Anım Günü”olaraq hər il qeyd ediləcək.
Yaşasın torpaqları işğaldan azad edilmiş doğma Azərbaycanımız!
Yaşasın qüdrətli Ordumuzun Ali Baş Komandanı, Cənab Prezidentimiz!
Yaşasın qüdrətli qalib Ordumuz!
Yaşasın dəmir yumruq ətrafında sıx birləşən qalib xalqımız!
Vahid Əliyev
YAP Xocalı rayon təşkilatının sədri