Milli Məclisin deputatı Mahir Süleymanlı Xaçmaz rayonunun Aşağı Zeyid kəndində seçicilərlə görüş keçirib.Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.Daha sonra millət vəkili Şabran rayonunda 44 günlük Vətən müharibəsində həlak olmuş şəhidlərin məzarlarını ziyarət edib.