PDF Oxu

Siyasət

  • 2 119

Anım Günü münasibətilə ağacəkmə aksiyaları təşkil olundu

Anım Günü münasibətilə ağacəkmə aksiyaları təşkil olundu

Anım Günü münasibətilə Şəhidlər Xiyabanında təmizlik, abadlıqişləri aparıldı, rayon ərazisində ağacəkmə aksiyaları təşkil olundu.

Sentyabrın 25-də Şəmkir Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının birgə təşkilatçılığı ilə “27 Sentyabr – Anım Günü” münasibətilə rayonun müxtəlif ərazilərində ağacəkmə aksiyaları keçirildi.

Şəhidlər Xiyabanında keçirilən aksiyada Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, İcra Hakimiyyətinin və YAP Şəmkir Rayon Təşkilatının məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, həmçinin aidiyyəti xidmət təşkilatlarının işçiləri iştirak etdilər.

Aksiya çərçivəsində Şəhidlər Xiyabanının yaşıllıq üçün nəzərdə tutulan ərazidə 100-dən artıq müxtəlif növ ağaclar və yeni gül kolları əkildi, suvarma işləri aparıldı. Ərazidə yaşıllıqların qorunması üçün müvafiq tədbirlər görülüb, mövcud ağaclara aqrotexniki qulluq göstərilib.

Eyni zamanda Şəhidlər Xiyabanının ərazisində aparılan təmizlik və abadlıq işlərinə baxış keçirildi.

Rayonun digər ərazilərində təşkil olunan ağacəkmə aksiyaları çərçivəsində isə şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq rayon ictimaiyyəti tərəfindən müxtəlif ağaclar əkildi.

Digər xəbərlər