PDF Oxu

Siyasət

  • 852

Qusarda Anım Günü münasibətilə tədbir keçirilib

image

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov bildirib ki, 27 sentyabr Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində əzəmətli bir tarixdir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşmən üzərində tarixi qələbə qazandı və bu Zəfər torpaqlarımızın işğaldan azad olunması ilə nəticələndi. O vurğulayıb ki, bu şanlı tarix şəhidlərimizin qanı bahasına yazılıb, onların xatirəsi daim xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Daha sonra çıxış edən Birinci Qarabağ müharibəsi veteranları, Qusar bələdiyyəsinin sədri, ehtiyatda olan polis polkovniki Talim Yarmətov və Qusar Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru, Prezident təqaüdçüsü İmran Qurbanov şəhidlərin xatirəsinin daim uca tutulmasının hər bir vətəndaş üçün müqəddəs vəzifə olduğunu, gənc nəslin milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə edilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladılar. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə xalqımızın birliyi, dövlətimizin, Ordumuzun gücü və Ali Baş Komandanın qətiyyətli siyasəti nəticəsində mümkün olmuşdur.

Tədbirdə həmçinin Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Qusar filialının sədri Canəli Hörmətov, Vətən müharibəsi qazisi İlkin Abuyev və partiyanın fəal gənci Lalə İskəndərova çıxış edərək vurğulayıblar ki, Anım Günü yalnız şəhidlərin müqəddəs xatirəsinin anılması deyil, həm də gənc nəslin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm ideoloji əhəmiyyət daşıyır. Onlar bildiriblər ki, bu gün xalqımızın birliyinin, dövlətimizin gücünün və müstəqilliyimizin dönməzliyinin təntənəsidir.

Digər xəbərlər