26 sentyabr 2025-ci il tarixində Ağstafara yonunda Tovuz döyüşləri şəhidi Mustafazadə Elçin Arif oğlunun doğum günündə əziz xatirəsi yad olunub.
Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, şəhidimizin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət ediblər, önünə gül dəstələri düzüblər və ruhuna dualar oxuyublar.
Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan digər şəhidimizin də məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!