26 sentyabr 2025-ci il tarixdə Samux Rayon İcra Hakimiyyətinin və YAP Samux rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonda Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə ağacəkmə aksiyası keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, YAP Samux rayon təşkilatının partiya fəalları, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları rayonun Samux-Gəncə yolunun ətrafına 300 ədədə yaxın şam ağacları əkiblər.