PDF Oxu

Siyasət

  • 1 276

TDT regionda sülh və əməkdaşlığa tam xidmət edir - FƏRİD ŞƏFİYEV

image

Türk Dövlətləri Təşkilatının (TDT) builki Zirvə görüşü Azərbaycanda keçiriləcək. Təşkilata üzv və müşahidəçi dövlətlərin beyin mərkəzləri olaraq, Zirvə görüşlərindən əvvəl ev sahibi ölkədə öz aramızda mütəmadi görüşlər keçirməyi artıq ənənə halına salmışıq. Hətta bu istiqamətdə beyin mərkəzləri arasında memorandum imzalanıb, TDT Zirvə görüşlərinin yekun bəyannaməsində dövlət və hökumət başçıları tərəfindən bu görüşlərin davam etdirilməsi müvafiq tapşırıq olaraq müəyyən edilib. İndiyədək 10 belə görüş və konfrans təşkil etmişik. Bu gün isə 11-ci konfransı Bakıda keçiririk. 2009-cu ildə etibarən, təşkilatlanma mərhələsinə keçən TDT-nin regiondakı nüfuzu daim artan xətt üzrə inkişaf edir. SİA xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda "Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda keçirilən konfransda söyləyib.O bildirib ki, son illərdə təşkilatın həm üzvlərinin sayı, həm də regional və qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb. Bu gün əminliklə deyə bilərik ki, TDT həqiqi mənada regionda sülh və əməkdaşlığa tam xidmət edir. Çünki regiondakı digər təşkilatlardan fərqli olaraq, TDT daxilində əməkdaşlıq bərabərhüquqluluq prinsipinə əsaslanır.

Digər xəbərlər