PDF Oxu

Siyasət

  • 442

Azərbaycan regionun lider dövlətidir

image

Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu, dinamik daxili və xarici siyasət ölkəmizi keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəltmişdir. Azərbaycan dinamik iqtisadi artıma nail olmuş, nəhəng infrastruktur layihələri həyata keçirmiş, ordusunu möhkəmləndirmişdir. Bu gün Azərbaycan dünyanın geniş bir bölgəsində söz sahibi olan qüdrətli dövlətdir. Əminliklə söyləmək olar ki, müstəqil Azərbaycan dövləti ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı dövrdə yeni böyük uğurlara imza atacaqdır.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib. Prezident İlham Əliyevin öz çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə bərpası ilə bölgədə yaranmış yeni geosiyasi reallıqlara diqqət çəkərək xüsusi mesajlar verib. Dövlətimizin Başçısı cənab İlham Əliyev bildirib ki, otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizi Ermənistanın hərbi işğalı altında qaldı. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı. Qeyd edək ki, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyini, milli maraqlara əsaslanan və müstəqil xarici siyasət strategiyasının uğurlu nəticələrini bir daha nümayiş etdirən mühüm hadisədir. Dövlətimizin Başçısı cənab İlham Əliyev həmçinin bildirdi ki, "Vaşinqton Sammiti, həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir. Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunu Prezident Donald Tramp ilə birgə imzaladıq. Bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır. Eyni zamanda, Prezident Trampın 1992-ci ildə Azadlığa Dəstək Aktına 907-ci düzəliş şəklində Azərbaycana qarşı tətbiq olunmuş sanksiyaların icrasını dayandırması qərarı da tarixi addımdır. ABŞ Konqresinin 907-ci düzəlişi birdəfəlik ləğv etməsi ikili standartların mirasına son qoymaqla, Azərbaycanın qlobal təhlükəsizlik və sabitliyə töhfə verdiyi bir dövrdə etimad və əməkdaşlığı möhkəmləndirərdi. "Bütün əldə olunmuş bu uğurlar bir daha onu göstərir ki, Azərbaycan regionun lider dövlətidir və Beynəlxalq müstəvidə mühüm nüfuza sahib olan qüdrətli dövlətdir.

Digər xəbərlər