PDF Oxu

Siyasət

  • 1 296

“27 Sentyabr – Zəfər Gününün başlanğıcı”

image

27 Sentyabr – Anım Gününün beşinci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı və Qaradağ rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “27 Sentyabr – Zəfər Gününün başlanğıcı” adlı dəyirmi masa təşkil edilib.

Tədbirdə YAP Qaradağ rayon təşkilatının, Qaradağ rayon Heydər Əliyev Mərkəzinin, rayon Ağsaqqallar Şurasının, “Qarabağ Qaziləri” İctimai Birliyinin Qaradağ rayon filialının nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və partiya fəalları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Lökbatan qəsəbəsində yerləşən abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüb və dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq hər il 27 sentyabrın Anım Günü kimi qeyd edildiyini bildirib.
Qafar Əliyev qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlanan və böyük Zəfərlə başa çatan Vətən müharibəsi xalqımızın tarixində əhəmiyyətli yer tutur. Bu Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Ordumuzun şücaəti sayəsində əldə olunub. O, həmçinin vurğulayıb ki, İkinci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyi tam bərpa olunub. Artıq işğal dövrü tarixə qovuşub və azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır.
Tədbirdə çıxış edən digər natiqlər şəhid Teymur Turanın atası Yavuz Rəsulov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Qaradağ rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, “Qarabağ Qaziləri” İctimai Birliyinin Qaradağ rayon filialının sədri Əvəz İsmayılov və Vüqar Əsədov adına körpələr evi-uşaq bağçasının müəllimi Türanə Qasımova şəhidlərimizin qəhrəmanlığından danışaraq dövlətin və xalqın bu igid övladların ruhuna daim böyük ehtiramla yanaşdığını, onların ailələrinin və qazilərin daim diqqət mərkəzində saxlandığını vurğulayıblar.

Digər xəbərlər