PDF Oxu

Siyasət

  • 820

Şahmat üzrə qaliblər təltif olundu

image

2025-ci ilin “Konstitusiya və suverenlik İli” çərçivəsində 27 sentyabr Anım günü ilə əlaqədar keçirilmiş şahmat turnirinin nəticəsi olaraq 29 sentyabr 2025-ci il tarixdə YAP Tərtər rayon təşkilatının qərargahında qaliblər təltif edilmişdir.

YAP Tərtər rayon təşkilatının qərargahında keçirilən görüşdə əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bu il müstəqil Azərbaycanın Konstitusiyasının 30 ili, 44 günlük Vətən müharibəsində qələbəmizin 5 ilinin tamam olmasından, vətənimizin ərazisində suverenliyin tam təmin olunmasından danışaraq, tədbir iştirakçılarına bütün qazanılan uğurların əsasında Ulu Öndərin siyasəti durduğunu qeyd edib. O, bu gün Ümummilli Liderin siyasətinin respublika prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

E.Əsədov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində Ümummilli Lider idmanın inkişafına daim böyük qayğı göstərib və məhz onun təşəbbüsü ilə respublikamızın şəhər və rayonlarında çoxsaylı uşaq-gənclər şahmat məktəbləri istifadəyə verilib, ölkəmizdə güclü şahmat məktəbi yaradılıb. Bu proses indi də davam edir və şahmatın inkişafı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Ötən onilliklər ərzində Avropa, dünya çempionatlarında və bir sıra digər mötəbər turnirlərdə iştirak edən idmançılarımız böyük uğurlar əldə ediblər.

Sonra Tərtər Uşaq - Gənclər İdman Şahmat Məktəbinin direktoru Fərəc Rzayev və digər çıxış edənlər ölkəmizdə idman növü kimi şahmatın kütləvi inkişafı ötən əsrin 70-ci illərindən başladığını bildirmişlər. Qeyd edildi ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həmin dövrdə rayon mərkəzlərində və şəhərlərdə şahmat məktəbləri tikilib istifadəyə verilib, peşəkar şahmatçılar nəsli yetişdirilib və Azərbaycan şahmat məktəbinin əsası qoyulub.

Tədbirin sonunda müxtəlif yaş qrupları üzrə fərqlənən bir qrup şahmatçı YAP Tərtər rayon təşkilatının Fəxri Fərmanları ilə təltif olunmuşlar

Digər xəbərlər