PDF Oxu

Siyasət

  • 1 169

Dayanıqlı sülh yalnız beynəlxalq hüququn normaları əsasında mümkündür - Sahibə Qafarova

image

Prezident İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib. Bu çıxış Cənubi Qafqazda yaranmış yeni reallıqları beynəlxalq arenaya təqdim etmək baxımından böyük əhəmiyyət daşıyır. Dövlət başçısı öz çıxışında hərbi Zəfərimizin diplomatik uğurla tamamlanmasını qeyd etdi. Birgə Bəyannamə həm də onu göstərdi ki, dayanıqlı sülh yalnız beynəlxalq hüququn normaları əsasında mümkündür. SİA xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin sentyabrın 30-da keçirilən plenar iclasında çıxışında deyib.O qeyd edib ki, Azərbaycan Şərqlə Qərbi birləşdirən nəqliyyat və enerji marşrutlarının əsas həlqəsinə çevrilib.S.Qafarova hesab edib ki, Prezident İlham Əliyevin yüksək tribunadan səsləndirdiyi fikirlər bir çox dövlətlər üçün son dərəcə əhəmiyyətli olacaq.

Digər xəbərlər