Milli Məclis 27 Sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar bəyanat yayıb. SİA xəbər verir ki, bəyanat Milli Məclisin sentyabrın 30-da keçirilən plenar iclasında Milli Məclisin deputatı Azər Əmiraslanov tərəfindən səsləndirilib.Bəyanatda 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi və Azərbaycanın əldə etdiyi tarixi Qələbə barədə məlumatlar yer alıb. Həmçinin bəyanatda 2020-ci ilin noyabrın 10-da Ermənistanın kapitulyasiya aktına imza atması, 2023-cü ilin sentyabrında lokal antiterror əməliyyatları nəticəsində respublikanın suverenliyinin tam təmin edilməsi, Qarabağda həyata keçirilən abadlıq-quruculuq işləri, bu ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan Birgə Bəyannamənin əhəmiyyəti və sair kimi məsələlər öz əksini tapıb.Bəyanat səsə qoyularaq qəbul edilib.