44 günlük Vətən müharibəsi şəhidləri Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Həmidağa Hüseynzadə Bağı oğlunun şəhadətinin beşinci ildönümü və əsgər Rəşad Mikayılzadə İlham oğlunun doğum günü münasibəti ilə məzarları ziyarət olunub.
Məzar ziyarətlərində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev, Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbər heyəti, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal Rayon İcra Hakimiyyətinin, Nəsimi Rayon İcra Hakimiyyətinin və YAP Yasamal rayonu təşkilatının əməkdaşları, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşları, Nəsimi rayon hüquq mühafizə orqanlarının rəhbər əməkdaşları, şəhid ailə üzvləri, qazilər, şəhidlərin döyüş yoldaşları və rayon ictimaiyyəti iştirak edib.
Şəhid hərbi qulluqçuların Yasamal rayonunda yerləşən Hərbi Memorial Məzarlıqdakı məzarları ziyarət edilib, məzarları önünə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Hüseynzadə Həmidağa Bağı oğlu şəhadətindən sonra “Qarabağ" ordeni”, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə, Mikayılzadə Rəşad İlham oğlu isə şəhadətindən sonra “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Məzar ziyarətlərindən sonra 44 günlük Vətən müharibəsi şəhidləri Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Həmidağa Hüseynzadə Bağı oğlunun əziz xatirəsinə ehsan süfrəsi açılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!