30 sentyabr 2025-ci il ağstafalı Vətən müharibəsi şəhidi Cəlilov Xaləddin Asəf oğlunun ildönümüdür. Bu münasibətilə Yeni gün kənd qəbiristanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.
Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan digər şəhidlərimizin də məzarları ziyarət olunub, önlərinə gül dəstələri düzülərək, əziz xatirələri ehtiramla anılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!