PDF Oxu

Siyasət

  • 1 375

Artan nüfuzun göstəricisi

image

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə işgüzar səfəri mühüm əhəmiyyət daşıyır”. Bu barədə YAP açıqlamasında YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib.

Deputat vurğulayıb ki, dövlət başçısının belə yüksək səviyyəli tədbirdə iştirakı Azərbaycanın beynəlxalq arenadakı mövqeyinin möhkəmlənməsi, strateji tərəfdaşlarla əlaqələrin inkişafı və qlobal proseslərdə fəallığının artırılması baxımından xüsusi önəm kəsb edir: “Səfər çərçivəsində keçirilən çoxsaylı görüşlər Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Ən önəmlisi, bu görüşlərin qarşı tərəfin təşəbbüsü ilə baş tutması ölkəmizin regiondakı lider mövqeyini, irəli sürdüyü sülh təşəbbüslərini və iqtisadi əməkdaşlıq potensialını bir daha təsdiqləyir”. Sevinc Hüseynova xüsusilə Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə görüşünü səfərin mühüm hadisəsi kimi dəyərləndirib: “Donald Trampın Prezident İlham Əliyev haqqında səsləndirdiyi müsbət fikirlər və iki lider arasında səmimi münasibətlər Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirdi. Bununla yanaşı, dövlət başçısının Finlandiya, Yunanıstan, Keniya, Portuqaliya, Bolqarıstan liderləri və Avropa Şurasının Baş Katibi ilə görüşləri də ölkəmizin Cənubi Qafqazda sülh və sabitliyin təşəbbüskarı kimi mövqeyini dahada gücləndirdiyi kimi, həm də ona artan maragın göstəricisi oldu. Deputat qeyd edib ki, Prezident İlham Əliyevin ABŞ-ın aparıcı investisiya şirkətləri və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlərində ölkəmizin enerji və investisiya potensialına böyük maraq göstərilib.

Ümümilikdə, bütün görüşlərin əsas mövzusu isə Azərbaycan-Ermənistan sülh müqaviləsinin (Vaşinqton 2025 ) təqdir olunması ,sülh gündəliyinin təşəbüskarı olan Prezident İlham Iliyevin mövqeyi və qlobal təhlükəsizliyə verdiyi töhfəsi vürgülanıb Məsələn ,Finlandiya və Yunanıstanın liderləri Azərbaycanın sülh prosesindəki rolunu ”tarixi nailiyyət” adlandırırıb. Sevinc Hüseynova bildirib ki, BMT Baş Katibi çıxışında 8 avqust 2025-ci il tarixində ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış çərçivə sazişini münasibətlərin normallaşması istiqamətində mühüm mərhələ kimi alqışlayıb.

İndiyə gədər bizə, ikilistandartlar fonunda fərqli yanaşmalar sərqilənirdi. Deputat əlavə edib ki, səfərin ən yaddaqalan məqamı Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı olub: “Bu çıxış hər bir azərbaycanlıda qürur və fəxarət hissi yaratdı. Qalib xalqın qalib lideri olaraq, Zəfər Səlnaməsinin müəlifi Prezident İlham Əliyev Vətən müharibəsində qazanılmış zəfərin 5 illiyi ərəfəsində tarixi nailiyyətlərimizi dünya ictimaiyyətinə təqdim etdi. Ölkə Başcısı tarixi ədalətin və və beynalxalq hüququn bərpa etmək təcrübəsini bölüşdü. Çıxış həm dərin məzmunu, həm də irəli sürülən konkret təşəbbüsləri ilə beynəlxalq sistemin gələcəyinə təsir göstərə biləcək əhəmiyyətli mesajlarla yadda qaldı”.

Sevinc Hüseynova vurğulayıb ki, Prezident çıxışında Azərbaycanın sülhə gədər 30 ildən artıq müddət ərzində keçdiyi ağır tarixi yol, ölkənin iyirmi faizinin Ermanıstan silahlı qüvvələri tərəfindən işğal edilməsi, işğal nəticəsində bir milyon azərbaycanlının öz dədə-baba yurdundan dıdərgin salınması, BMT-nın Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin ( Ermanıstan silahlı quvvələrinin dərhal,tam və qeyd-şaərtsiz işğal edilmiş ərazilərdən çıxarılması) tələblərinin icra edilməməsi və buna görədə işğalçının beynalxalq ictimayətin heç bir sanksiyasına mərüz qalmadığı, 1992-cı ildə münaqişənin həlli üçün təsis edilmiş Minsk qrupunun öz missiyasını yerinə yetirə bilmədiyi ,2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həyata keçirilən 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünün bərpası, eləcə də müharibədən sonra beş prinsipdən ibarət sülh təşəbbüsləri barədə ətraflı məlumat verib.Sülhə gələn yolda “müxtəlif təxribatlara baxmayaraq ,danışıqların ikitərəfli formatda hər hansı bir müdaxilə olmadan aparılmasının müsbət nəticənin əldə olunmasina imkan yaratdığı və 8 avqust 2025-ci il tarixində ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış çərçivə sazişinin,umumilikdə isə Vaşinqton Samitinin münasibətlərin normallaşması istiqamətində mühüm nəticələri xüsusi qeyd olundu. Samitin müsbət nəticələrindən biridə sülh prosesində faydasız mexanizm olan ATƏT-in Minsk qrupunun ləgv olunması ilə baglı müraciətin artıq icra olunmasıdır, sentyabrın 1-də Minsk qrupu təşkilatı özü tərəfindən rəsmən ləğv olunmasını bəyan etmişdir”.

Deputatın sözlərinə görə, dövlət başçısının azad olunmuş ərazilərdə işgalçını törətdiyi humanitar fəlakətdən və “Böyük Qayıdış” proqramı çərçivəsində görülən bərpa-quruculuq işləri rəqəmlərlə diggətə çatdirildı. Bunun özüdə dünya üçün nadir nümünələrdəndir. Ölkəmizin başçısı çıxışında vurguladı ki, “biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq”.

Dövlət başçısının çıxışında, Azərbaycan-BMT arasında uğurlu əməkdaşliqdan, buna ölkəmizin verdiyi töhvə, dünyanı nərahat edən problemlər və çıxış yolları qeyd olundu.

Sonda, Prezident İlham Əliyevin BMT tribunasından səsləndirdiyi “Gəlin, ikili standartların aradan qaldırıldığı, qanunun aliliyinə hörmət olunan, sülhün əməli addımlarla təmin edildiyi bir dünya quraq” çağırışı beynəlxalq ictimaiyyət üçün daha bir mühüm mesaj oldu. Azərbaycan yaşadıgı acıları heç bir ölkənin yaşamamasını istəmir.

Digər xəbərlər