PDF Oxu

Siyasət

  • 1 207

“ABŞ sülhün zəmanətçisi rolunda çıxış edə bilər” - ŞƏRH OLUNDU

image

“Səkkiz avqust tarixində Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında mühüm sənəd imzalandı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.Politoloq bildirib ki, eyni zamanda strateji tərəfdaşlıq xartiyasının hazırlanması məqsədilə İşçi Qrupu formalaşdırılıb və onun əsas məqsədi iki dövlət arasında münasibətləri yaxınlaşdırmaq və keyfiyyətcə yeni mərhələyə qaldırmaq üçün səyləri birləşdirməkdir: “Hesab edirəm ki, bu istiqamətdə artıq məsləhətləşmələr, dialoqlar yüksək səviyyədə aparılır. Amerika Birləşmiş Ştatlarından Azərbaycana təşkil olunan səfərlərin həcminin artması da dediklərimizi təsdiqləyir.Digər tərəfdən Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasında da ABŞ çox fəal iş həyata keçirib. ABŞ prezidenti Donald Trampın sülhün əldə olunmasında müstəsna xidmətləri vardır. Bu barədə də cənab Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sammiti zamanı öz çıxışında vurğulamışdır. Eyni zamanda Azərbaycanla Ermənistan arasında genişmiqyaslı sülh müqaviləsinin imzalanması da əsas prioritetdir. Bu baxımdan ABŞ həm də sülhün zəmanətçisi rolunda çıxış edə bilər. Çünki Donald Tramp sülh müqaviləsi ilə bağlı əldə olunan mühüm sənəddə şahidlik edib. Zəngəzur dəhlizinin işə başlaması da Cənubi Qafqazda iqtisadi dinamikliyi bir qədər artıracaq, yeni imkanlar formalaşdıracaq. Bu həm də Cənubi Qafqaz regionunda təhlükəsizlik arxitekturasının daha da dayanıqlı olmasına xidmət edəcək”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər