PDF Oxu

Siyasət

  • 2 809

Müstəqil Azərbaycanın xilaskarı

Müstəqil Azərbaycanın xilaskarı

Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağda baş verən proseslər torpaqlarımızın 20 %-nin işğalı, ölkədə genişmiqyaslı hərc-mərclik, siyasi çaxnaşma, böhran və təbəddülatlarla nəticələndi. Hakim dairələr arasında baş verən özbaşınalıqlar qısa zamanda bütün ölkəni öz ağuşuna alaraq, bütün sahələrin zəifləməsi və iqtisadi tənəzzülünü yaxınlaşdırdı. Vəziyyətin bu cür hal almasını qəbul etməyən xalq baş verən hadisələrə öz etirazını bildirərək, müxtəlif vaxtlarda genişmiqyaslı mitinqlər həyata keçirərək müstəqillik çağırışları etməyə başlayırlar.

Xalq hərəkatının müstəqillik çağırışları əsassız deyildi. Belə ki, onlar ölkənin rəhbərliyi vəzifəsinə uzun illər Azərbaycanın inkişafı istiqamətində böyük işlər görmüş Ümumillik Lider Heydər Əlirza oğlu Əliyevi lider olaraq görürdülər və buna görə də bir araya gələrək, onun rəhbərliyi naminə çağırışlar edirlər.

Ulu Öndər Heydər Əliyev hələ sovet hakimiyyətinin rəhbərliyi dövründə Azərbaycanın bir çox - siyasi-ictimai, təsərrüfat, elm-təhsil-mədəniyyət sahələrində inkişafına nail olmuşdu. 1990-1993-cü illərdə Ümummilli Lider Heydər Əliyev Naxçıvanda öz xalqının yanında olaraq, müstəqillik uğrunda mübarizəyə rəhbərlik edir. Məhz onun rəhbərliyi altında “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarılır və Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət nişanı kimi qəbul edilir.

1991-ci ildə AXC-Müsavat iqtidarının səriştəsiz siyasəti, qətiyyətsiz qərarları və digər amillər Azərbaycan dövlətçiliyini ciddi təhlükəylə üz-üzə qoyur. Fürsətdən istifadə edən ayrı-ayrı şəxslər bundan istifadə edərək, rəhbərliyi ələ keçirtməyə çalışırlar. Nəticədə ölkədə ciddi xaos yaranır, neqativ meyllər baş qaldırır, siyasi mübarizədə qanunsuz silahlı birləşmələr meydana gəlir və vətəndaş itaətsizliyi yaranır.

Belə çətin bir məqamdan qurtuluş yolunu xalq Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsində görür. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev xalqın haqlı tələb və təkidi ilə ikinci dəfə hakimiyyətə gələrək ölkəni genişmiqyaslı böhran, dağılma, parçalanma kimi təhlükələrdən xilas edir.

Ümummilli Lider Heydər Əliyev uzaqgörən, müdrik siyasətçi kimi bütün hadisələri düzgün qiymətləndirərək, ölkədə ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin hazırlayır.

1993-cü ildən 2003-cü ilə kimi hakimiyyətdə olan Ümummilli Lider Heydər Əliyev öz rəhbərliyi dövründə Azərbaycanın tarixi müstəqilliyini yenidən bərpa edərək, ölkənin təşəkkül dövrünə öz adını qızıl hərflərlə yazmağa müvəffəq olur. Ulu Öndər Heydər Əliyev özünün çevik siyasi qərarları ilə Ermənistanla müharibəni sabitləşdirir, daxili çəkişmələrə son qoyur, beynəlxalq əlaqələri bərpa edərək, Azərbaycanın siyasi-ictimai-sosial problemlərinin qısa zamanda həllinə nail olur.

1993-cü ildən 1995-ci ilə kimi Ulu Öndər Heydər Əliyev siyasi, iqtisadi, hərbi sahələrdə zəngin təcrübəsi və müdrikliyi ilə uğurlu qərarlar verərək, xalqımızın böhrandan çıxmasına nail olur.

Ulu Öndər Heydər Əliyevin qətiyyəti, uğurlu siyasəti və müdrikliyi sayəsində Azərbaycan dünyəvi dövlət kimi inkişaf etməyə başlayır, ölkə qarşısında duran bir çox problemlər mərhələli şəkildə öz həllini tapır, respublikada əmin-amanlıq, siyasi sabitlik yaranır.

Ümummilli Lider Heydər Əliyev öz ömrünü bu xalqa həsr edərək, ictimai-siyasi, sosial-iqtisadi, elm və mədəni həyatda əsaslı dönüş yaradır, xalqın milli birliyini uğurla bərpa edir. O, qısa zamanda xalqımızın dünyayla sıx inteqrasiyasına nail olaraq, bir çox sahələrdə ölkəmizin dünyada özünü təmsil etməsinə nail olur, sənətkarlarımızın, idmançılarımızın xaricdə ölkəmizi təmsil etmələri istiqamətində mühüm işlər görür.

Ulu Öndər Heydər Əliyev hərb sahəsində də genişmiqyaslı yenidənqurma işlərinə başlayaraq, Milli Ordunun formalaşmasına, nizami silahlı qüvvələrin yaradılmasına nail olur. Onun uzaqgörənliyi sayəsində 1994-cü ildə ölkədə atəşkəs elan edilir. Atəşkəsin əldə edilməsinə baxmayaraq, Ümummilli Lider Heydər Əliyev Milli Ordunun hərtərəfli şəkildə formalaşmasına, yeni texnikalarla təmin edilərək, dünya standartlarına cavab verəcək səviyyəyə çatmalarına nail olur.

Ulu Öndər Heydər Əliyev qısa zamanda ABŞ şirkətlərini Xəzər hövzəsinə gətirərək neft yataqlarının birgə işlənməsinə, 1994-cü ildə isə “Əsrin müqaviləsi”nin imzalanmasına nail olur.

Ümummilli Lider Heydər Əliyev prinsipial və iradəli lider idi. Onun siyasətinin başlıca istiqamətlərini sülh, beynəlxalq hüquq normalara əməl etmək, dövlətlərin ərazi bütövlüyünə hörmət bəsləmək prinsipi təşkil edib. Bundan başqa o, Azərbaycanın dünyayla iqtisadi, elmi, mədəni əməkdaşlığının yaradılmasına nail olaraq, dövlətlərarası əlaqələrə mane olan bütün məhdudiyyətləri aradan qaldırıb.

Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev öz çıxışlarında Ümummilli Lider Heydər Əliyevin ideyaları ilə bağlı suallara cavabında qeyd edir ki, “Azərbaycanda Heydər Əliyev siyasi-iqtisadi inkişaf kursu davam etdiriləcək”.

Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin güclü siyasətini böyük uğurla davam etdirərək, Qarabağ torpaqlarını işğaldan tamamilə azad edərək, tarixi ədaləti bərpa etdi. Cənab Prezident İlham Əliyev son 200 ildə Azərbaycan tarixində yeganə şəxsiyyətdir ki, bir qarış torpaq düşmənə vermədən, bu cür böyük zəfərə imza atdı. Bundan başqa Prezident İlham Əliyev bütün sahələri əhatə edən genişmiqyaslı layihələr həyata keçirdərək Azərbaycanın günü-gündən inkişafına və çiçəklənməsinə yeni-yeni töhfələr bəxş edir, azərbaycanlı gənclərin bir çox sahələr üzrə dünyada tanınmasına şərait yaradır.

Pərvanə Talıbova

YAP Yasamal rayon təşkilatının fəalı,

Azərbaycan Milli Konservatoriyası tərkibində

İncəsənət Gimnaziyasının müəllimi

Digər xəbərlər