PDF Oxu

Siyasət

  • 718

Vətən müharibəsi şəhidi Elşən Piriyevin ildönümündə xatirəsi anılıb

image

02 oktyabr 2025-ci il ağstafalı Vətən müharibəsi şəhidi Piriyev Elşən Şəfalət oğlunun ildönümüdür. Bu münasibətilə Kolxəlfəlikənd qəbiristanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Daha sonra tədbir iştirakçıları şəhid Elşən Piriyevin ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər