PDF Oxu

Siyasət

  • 661

İnamla inkişaf etdirilən strateji istiqamətlər

image

Ümummilli lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də xalqın istəyi ilə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqın milli dövlətçilik tarixində əsaslı dönüş yaratdı. Qısa vaxt ərzində həm hərbi-siyasi, həm də iqtisadi böhrandan çıxış yolları tapıldı. 1993-cü ildən başlayaraq Azərbaycan Respublikasının demokratik, hüquqi və dünyəvi dövlət kimi möhkəm təməllər üzərində inkişaf etməsi, sosial-iqtisadi həyatın bütün sahələrini əhatə edən köklü dəyişikliklər və dərin islahatların həyata keçirilməsi məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1993-2003-cü illər də ölkə üçün həlledici illər oldu. Məhz həmin illərdə milli dövlətçiliyin möhkəm təməli qoyuldu, Azərbaycanı Respublikasının istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edildi. Ulu öndərin Bakıya qayıdışı Azərbaycanı bir dövlət kimi məhv olmaqdan xilas etdi. Millətin sönməkdə olan müstəqillik arzuları yenidən canlandı, xalqımızda bu günə inam, sabaha ümid yarandı.

Ulu öndərin siyasi hakimiyyətdə olduğu dövrdə Azərbaycan xalqının taleyində, onun ictimai, siyasi, mənəvi həyatında misilsiz xidmətlər göstərdiyini qeyd edən millət vəkili bildirdi ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ulu Öndərin adı ilə bağlıdır. Məhz bu dövrdə Azərbaycan dövlətinin qadın siyasəti yeni mərhələyə qədəm qoydu.

Mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır.

Göründüyü kimi, Ulu Öndər Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən- qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı.

Göründüyü kimi, Ulu Öndər Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən- qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı. Heç bir şübhə yoxdur ki, ölkəmizin hərtərəfli inkişafı üçün Umummilli liderimizin hazırladığı və dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən hazırda inamla inkişaf etdirilən strateji istiqamətlər hələ uzun illər müstəqil dövlətimizin daha da möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın rifah səviyyəsinin daha da yüksəldilməsi işinə xidmət edir. Prezident cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin bütün istiqamətlərdə inkişafın və tərəqqisinin əsasını təşkil edir.

Elməddin ABBASOV

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Digər xəbərlər