PDF Oxu

Siyasət

  • 603

Azərbaycan-İtaliya əlaqələri bu gün də yüksələn xətlə davam edir

image

“Hər zaman dostluq və əməkdaşlıq çərçivəsində inkişaf edən Azərbaycan-İtaliya əlaqələri bu gün də yüksələn xətlə davam edir. İki dost ölkə arasında strateji tərəfdaşlıq getdikcə daha da şaxələnir, siyasi, iqtisadi, mədəni və elm sahələrində yeni səhifələr açılır”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, İtaliya Prezidenti Sercio Mattarellanın sentyabrın 30-da ölkəmizə rəsmi səfəri, səfər çərçivəsində aparılan danışıqlar, keçirilən mühüm görüşlərdə səslənən fikirlər, Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı ölkəmizlə Avropanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan İtaliya arasında yüksək səviyyəli münasibətlərin mövcud olduğunu bir daha təsdiq etdi.

İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb. İtaliya-Azərbaycan Universiteti binalarının təməli 2022-ci ildə hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Bakıda qoyulub. Universitetə tələbə qəbulu 2023-cü ildən magistr səviyyəsində həyata keçirilir. Hazırda burada tədris olunan 8 bakalavr və 2 magistr proqramında 538 tələbə bakalavriat, 102-si isə magistratura səviyyəsində təhsil alır. Bu layihənin icrası ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın yüksək səviyyəsinin göstəricis

Azərbaycanın haqlı mövqeyini dəstəkləyən İtaliyahər zaman ölkəmizin səmimi, qətiyyətli və sadiq tərəfdaşı olduğunu təsdiq edib. Ümummilli Lider Heydər Əliyevin 1997-ci il sentyabrın 25-də İtaliyaya rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayan Azərbaycan-İtaliya münasibətləri Prezident cənab İlham Əliyevin qətiyyətli və müstəqil siyasi kursu sayəsində yüksək səviyyəyə çatıb.

Sentyabrın 30-da iki dost ölkənin Prezidentlərinin mətbuata bəyənatlarla çıxışı zamanı cənab İlham Əliyev qeyd edib ki, iki dost ölkə arasında iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə, ikinci sənəd - Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanıb. Bu illər ərzində münasibətlər çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir: "İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Eyni zamanda bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik".

Pərvin Kərimzadə vurğulayıb ki, son illərdə iki ölkənin rəhbərləri Sercio Mattarellanın və İlham Əliyevin dostluq münasibətləri Azərbaycan-İtaliya arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafı yeni mərhələyə qədəm qoyub. İki dost ölkənin bir-birini dəstəkləməsi, etibarlı tərəfdaşlıq yeni layihərin reallaşmasına imkan yaradıb.

TAP layihəsi uğurla icra edildiyini xatırladan ölkə Prezidenti İlham Əliyev bildirib ki, 2020-ci ildən başlayaraq bu layihə vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. İldən-ilə bizim əhatə dairəmiz artır və bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı.

“Əminliklə demək olar ki, dəfələrlə zamanın sınağından üzüağ çıxan Azərbaycan – İtaliya dostluğu bundan sonra da yüksələn xətlə inkişaf edəcək.” – deyəMilli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə bildirib.

Digər xəbərlər