PDF Oxu

Siyasət

  • 1 252

Şəmkirdə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd olunub

image

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının və Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə rayonda fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrində məktəblilərin təlim-tərbiyəsi işində fərqlənən müəllimlər iştirak ediblər.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, təhsil prosesində əldə olunan biliklər, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir şagird üçün cəmiyyətin layiqli üzvü olması baxımdan olduqca vacibdir. Təşkilat sədri vurğulayıb ki, bütün bunların sayəsində onlar nümunəvi vətəndaşa və ailə üzvünə çevrilir.
Qazax-Tovuz Regional Təhsil İdarəsi müdiri Vüqar Dadaşov isə çıxışında ölkəmizdə təhsil sahəsində görülən işlərdən danışıb. O bildirib ki, təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşması müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılıdır: “Müəllimin bu keyfiyyətləri ilə təhsilalanların nailiyyətləri arasında sıx korrelyasiya mövcuddur. Bu səbəbdən son illərdə pedaqoqların nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların həmin peşəyə cəlb edilməsi istiqamətində ciddi addımlar atılıb”.
Çıxış edən təhsil işçiləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda səmərəli pedaqoji fəaliyyətinə görə rayonun bir qrup təhsil işçisi RİH başçısının fəxri fərmanları ilə mükafatlandırılıb.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirib.

Digər xəbərlər