PDF Oxu

Siyasət

  • 399

Üçüncü Dünya müharibəsinin anonsu verildi TƏHLİL

image

Dekabrın birinci ongünlüyündə dünyanı böyük təhlükə gözləyir

Bu gün dünyamız ağır və həlli mümkün olmayan problemlər qarşısındadır. Yanğınlar, daşqınlar, zəlzələlər və digər insanlardan asılı olmayan fəlakətlərlə yanaşı insanların törətdikləri faciələrdə mövcuddur. İnsanların törətdiyi faciələr daha amansız və dəhşətlidir. Çünki təbii fəlakətlər səbəbindən ölənlərin və yaralananların sayı 200 min çivarındadır. İnsanların əli ilə törədilən fəlakətlərin miqyası isə milyonlarla insanın ölümü ilə ölçülür. Müstəqil ekspertlərin araşdırmalarına görə, son 100 il ərzində təbii fəlakətlər nəticəsində 325 minə yaxın insan həyatını itirib, 200 minə yaxın insan isə ev-eşiyindən məhrum olub. İnsanların birbaşa törətdikləri müharibələr, münaqişələr və daxili qarşıdurmalar səbəbindən ölənlərin sayı isə 2 miyard 250 minə qədərdir. Yenə də ekspertlər iddia edirlər ki, əgər son yüz ildə insanların öldürülməsi, ərazilərin işğal olunması, daxili qarşıdurmaların yaradılması üçün xərclənən maliyyə vəsaitlərini insanların daha rahat, firavan yaşayışlarına xərclənsə idi dünyada bir nəfər də olsun evsiz olmazdı, ac insan qalmazdı, ümumilikdə müharibələrə ayrılan xərclərlə dünyanın yer qatını 12 santimetr qalınlığında qızıla örtmək olardı.

Araşdırmalarla sübuta yetirilib ki, bizim eranın başlanğıcından bu günə qədər yer üzündə daim müharibələr, münaqişələr baş verib. Yəni heç zaman dünyamızda dinclik, sabitlik olmayıb. Yalnız İkinci Dünya müharibəsindən sonra cəmi 14 gün sakitlik hökm sürdü, sonradan isə fələstin-yəhudi qarşıdurması ilə dünyada yeni dövr üçün qanlı savaşların əsası qoyuldu. Bu gün də insan cəlladları müharibə caniləri, insan qatilləri olaraq öz “missiyaları”nı davam etdirirlər. Hazırkı müharibələr əvvəlki dövrlərdə baş verən müharibələrə bənzəmir. Bu gün hərbi texnika, silah-sursat daha müasir olduğundan daha böyük əraziləri dağıdır, daha çox sayda insanları öldürə bilir. Ən faciəlisi ondan ibarətdir ki, budəfəki müharibə caniləri bir andaca dünyanı məhv edə biləcək atom bombasına malik silahlara malikdirlər. Elə uzağa getməyək Rusiya-Ukrayna müharibəsinin “qəhrəmanı” Vladimir Putin “Rusiyasız dünya bizm nəyimizə lazımdır” deyərək bəşəriyyəti nüvə silahı ilə təhdid etmişdir. Eyni hədələyici mesajlarla Şimali Koreya lideri Kim Çen də çıxış edir. Hindistan, İsrail və digər əllərində nüvə silahı olan dövlət başçıları da bəşəriyyəti qan gölünə çevirmək üçün insanlığı nüvə silahı ilə hədələyirlər.

Diqqətçəkən məqam ondan ibarətdir ki, beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlət başçıları dünyanın ciddi təlatümlər qarşısında olduğunu bəyan edirlər. Ancaq onlar adi bir təklif, ideya irəli sürməklə və ya müharibələri qızışdıran dövlətlərə iqtisadi, siyasi sanksiyalar tətbiq etməklə dünyada sülhə və təhlükəsizliyə töhfə verə bilmirlər. Bu günlər Macarıstanın baş naziri Orbanın ardınca Serbiya Prezidenti Aleksandar Vuçiç də dünyda böhranlı vəziyyətin hökm sürdüyünü bəyan edib.

Bütün dünya dövlətləri müharibələrə hazırlaşırlar

Diqqətçəkən anormal hal ondan ibarətdir ki, dünyada hökm sürən xaos və anarxiyanın aradan qaldırılması üçün heç bir dövlət başçısı təşəbbüsü ilə çıxış etmir. Əksinə, hər bir dövlət müharibəyə hazırılaşır və hərbi potensialını gücləndirmək üçün büdcədən maliyyə vəsaitləri ayırırlar. Serbiya Prezidenti Aleksandar Vuçiç bütün dövlətlərin müharibəyə hazırlaşdığını bildirib. Qeyd edib ki, dünyada tam xaos və çöküş hökm sürür. Onun sözlərinə görə, artıq danışıqlara deyil, qarşıdurmaya hazırlıq gedir və bu, yaxın gələcəkdə böyük münaqişələrin baş verə biləcəyinə işarədir. Birmənalı şəkildə qeyd etmək olar ki, dünya ölkələrində silahlanma üzrə yarış gedir. Yalnız sentyabr və oktyabr ayları üçün Böyük Britaniya silah fabrikləri tikmək, minlərlə dronlar, raketlər almaq və digər silah-sursat, hərbi texnikaya sahib olmaq üçün 6 milyard funt sterlinq vəsait ayırıb. 2025-ci il üçün Almaniya öz hərbi xərclərini 23,2% artırmışdı ki, bu da Avropanın ümumi müdafiə büdcəsində 11,7%-lik artıma səbəb olmuşdu. Amma artıq bu da kifayət deyil. Bundestaqda qəbul edilən qərar göstərdi ki, ehtiyatlı diplomatiya dövrü bitib və indi qaba güc və potensial nümayişi dövrü başlayır. 2025-ci ilin mart ayında Avropa İttifaqı (Aİ) ölkələri liderlərinin Brüsseldə keçirilən sammiti zamanı Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Avropanın silahlandırılması (ReArm EU) üçün 800 milyard avro dəyərində planı razılaşdırdıqlarını bildirib.Məlumata görə, Avropanın yenidən silahlanması planı Brüsseldə keçirilmiş danışıqlarda Aİ ölkələrinin 27 lideri tərəfindən razılaşdırılıb. Avropa Müdafiə Agentliyi Aİ-yə üzv 27 ölkənin müdafiə sahəsindəki illik xərcləri ilə bağlı “2024–2025 Müdafiə Məlumatları” adlı hesabatını yayımlayıb. Sənəddə qeyd olunur ki, bu il Aİ ölkələrinin ümumi müdafiə xərcləri 381 milyard avroya yüksələcək. Bu, Avropa İttifaqı tarixində rekord göstərici sayılır və üzv dövlətlərin ÜDM-nin 2,1 faizinə bərabərdir.

2024-cü ildə müdafiə büdcəsinin əvvəlki illə müqayisədə 19 faiz artaraq 343 milyard avroya çatdığı vurğulanıb. Bu artımın əsas səbəbi kimi silah alışı və tədqiqat–inkişaf sahələrinə qoyulan investisiyaların genişlənməsi göstərilib. Hesabatda ilk dəfə olaraq müdafiə sərmayələrinin 106 milyard avronu keçdiyi və bu məbləğin ümumi xərclərin 31 faizini təşkil etdiyi bildirilir. Bu da indiyədək qeydə alınan ən yüksək göstərici kimi qiymətləndirilir. Proqnozlara görə, artım tendensiyası 2025-ci ildə də davam edəcək və müdafiə sərmayələrinin 130 milyard avroya yaxınlaşacağı gözlənilir. Agentlik vurğulayıb ki, Aİ ölkələri dəyişən təhlükəsizlik mühitinə uyğun olaraq hərbi qabiliyyətlərini gücləndirməyə və çəkindirici gücünü artırmağa önəm verir.

İsveç nüvə silahı əldə etməyə hazırlaşır

Xarici KİV-lərin verdiyi məlumata görə, Avropanın 2014-cü ildə 120 milyard dollar səviyyəsində olan xərclər hazırda 314 milyard dollardır ki, bu da ötən dövrlə müqayisədə iki dəfə çoxdur. D.Tramp və komandası hesab edir ki, Avropa ABŞ kimi ÜDM-in ən azı 5 faizini hərbi xərclərə yönəltməli və daha böyük ordu saxlamalıdır. Fransa, Almaniya, Böyük Britaniya və digər dövlətlər ABŞ-la razılaşırlar, lakin onlar düşünürlər ki, hərbi xərclərin kəskin artırılması Avropada borc yükünün artmasına, eləcə də sosial yönümlü xərclərin azaldılmasına səbəb olacaq. İddialar ondan ibarətdir ki, əgər müdafiə xərcləri 5 faizə çatdırılarsa, 2025-ci ildə büdcə kəsiri Rumıniyada 9,5 faizə, Fransada 8,9 faizə, İtaliyada 7,1 faizə yüksələcək. Bu artımdan sonra ölkələrin kredit reytinqi aşağı düşəcək və həmin ölkələr daha yüksək faizlərlə borclanacaq. Hər cür gözlənilən maliyyə problemlərinə baxmayaraq Avropa tam gücü ilə silahlanır. İsveç bir qədər də fəaliyyətini genişləndirməklə nüvə silhaına sahib olmağa çalışır. “The Times” nəşri məlumatına görə, İsveç özünün nüvə silahını yaratmaq imkanlarını nəzərdən keçirir: “Yerli mediada yayılan bir sıra materiallardan sonra İsveçin təkbaşına, yaxud NATO müttəfiqləri ilə əməkdaşlıq edərək nüvə silahı yaratmaq üçün yeni bir cəhd göstərməsinin məqbul olub-olmaması ilə bağlı qızğın diskussiyalar gedir. Bu ideya artıq ölkənin siyasi arenasında müzakirə olunmağa başlasa da, hələlik praktik addım atılmayıb. Eyni zamanda, ekspertlər İsveçin nüvə silahı əldə etmək üçün kifayət qədər texnoloji və resurs bazasına malik olduğuna şübhə edirlər”.

Avropa İttifaqı və Ukrayna pilotsuz təyyarələrin inkişafı üçün 2 milyard avro ayırmağa razılaşıb. Bu barədə Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen bildirib.Avropa Komissiyasının (AK) prezidenti bildirib ki, Aİ Ukraynanı özünün “birinci müdafiə xətti” hesab etməkdə davam edərsə, İttifaq Kiyevə hərbi yardımı artırmalıdır: “Buna görə də konkret desək, biz Ukrayna ilə dronlara ümumilikdə 2 milyard avro ayırmaq barədə razılığa gəldik”.

Polşa prezidenti Karol Navrotski ölkəsində nüvə silahlarının yerləşdirilməsini istədiyini bildirmiş və bu məsələdə o, Fransanın dəstəyinə ümid etdiyini qeyd edib. Polşa baş naziri Donald Tusk isə işarə edib ki, ölkə öz nüvə silahını yaratma imkanını gözdən keçirə bilər. Nəzərə almaq lazımdır ki, Rusiya vaxtaşırı olaraq Rumuniyanın, Polşanın, Litvanın hava məkanını pozur. Açıq formada Rusiya sözügedən dövlətləri təhdid edir. Hətta Rusiyanın bir sıra rəsmi televiziya kanalları və mətbu orqanları Ukrayna ilə yanaşı Polşa və Finlandiya adlı dövlətin də süni şəkildə yaradıldığı qeyd edirlər. Vurğulanır ki, Polşa, Ukrayna və Finlandiya Rusiya imperiyasına aid ərazilər olublar. Təbii ki, təhlükənin qapı önündə olduğunu Polşa və Finlandiya anlayırlar. Ona görə də, silahlanmaya daha çox çalşırlar. Bunla yanaşı təhülkə mənbəyi olan Rusiyanı ən azı iqtisadi, siyasi və hərbi cəhətdən zəiflətmək üçün Ukraynaya geniş miqyasda hərbi dəstək göstərirlər.

Polşa Ukrayna vasitəsi ilə Rusiyaya əzələ nümayiş etdirir

Polşa Rusiyanı Ukrayan ilə müharibə də çətin vəziyyətə salmaq üçün hər cür hərbi, siyasi, maliyyə yardımları göstərir. Polşa hesab edir ki, Ukrayna məğlub olarsa, Rusiyanın növbəti hədəf Polşa və Baltik ölkələri olacaq. Buna görə də Polşa indidən ordusunu gücləndirir və hərbi büdcəsini artırır. Polşanın müdafiə naziri və Baş nazirin müavini Vladislav Kosinyak-Kamyş bildirib ki, Polşa artan Rusiya təhlükəsi fonunda ordusunu gücləndirmək məqsədilə Avropa Birliyindən rekord məbləğdə maliyyə yardımı alacaq. O bildirib ki, AB-nin müdafiə imkanlarını artırmaq üçün başladığı proqram çərçivəsində Polşaya 43,7 milyard avro (51,3 milyard dollar) ayrılacaq: “Bu qərar Polşa üçün böyük uğurdur və müdafiə sənayemizin təhlükəsizliyinə və inkişafına gələcək sərmayələrin təminatıdır”.

Polşa Ukraynaya hərbi, siyasi, maliyə yardımları göstərməklə yanaşı, müharibədən qaçan əhalinin yerləşməsinə də xüsusi diqqət ayırır. Hesablamaya görə, Polşa Avropa ölkələri arasına ukraynalılara ən çox yer ayıran ölkədir. Polşa Prezidenti Karol Navroçki bildirib ki, hazıırda Polşada təxminən bir milyon ukraynalı qaçqın yaşayır. Onun sözlərinə görə, polyaklar Ukrayna xalqına öz “ürəklərini, sərhədlərini” və evlərini açaraq onlarla həmrəylik nümayiş etdiriblər. O əlavə edib ki, Varşava həmçinin Kiyevə maddi, maliyyə, hərbi və diplomatik yardımlar göstərib.

Bir sözlə, bəşəriyyət son yüz ilin ən təhlükəli dövrünü yaşayır. Elə bir dövrün ki, hər an yeni qanlı müharinbə ilə, yerin öz orbitindən çıxması təhlükəsi yarana bilər. Yəni hikkəli, iddialı dövlət başçıları əllərinin altında olan nüvə silahından istifadə etməklə dünyanın məhv olmasını tezləşdirə bilərlər. Gözlənilən təhlükənin qarşısının alınması üçün aparıcı dövlətlərin susması, bəlaya doğru addım-addım yaxınlaşdığımızı göstərir.

İLHAM ƏLİYEV

Digər xəbərlər