PDF Oxu

Siyasət

  • 1 169

Dövlətçilik tariximizin şanlı səhifəsi

image

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri olmuşdur. Doğma Vətənini hər şeydən çox sevən dahi şəxsiyyət müasir ölkəmizin sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində, dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilməsində sözün həqiqi mənasında böyük işlər görmüşdür və buna görə də onun siyasi irsinin öyrənilməsi hansısa konkret zaman çərçivəsi ilə məhdudlaşdırıla bilməz.Həqiqətən də XX əsrin mürəkkəb geosiyasi prosesləri fonunda ölkəmizin öz müstəqilliyini qoruyub saxlaması, cəmiyyətin ən müxtəlif təbəqələrinin mənafelərini ifadə edən dövlət idarəetmə sisteminin yaradılması Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Onun qurduğu müstəqil Azərbaycan dövləti dünyanın ən qüdrətli ölkələrinin strateji müttəfiqi kimi regionda cərəyan edən proseslərin mərkəzində dayanır.Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli dövlət xadimi Heydər Əliyev böyük siyasətdə qarşıya qoyduğu hədəflərə doğru irəliləyərkən təkcə daxili inamına, güclü intellektinə, parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış, ən böyük dəstəyi xalqdan almışdır. Çünki xalq öz liderini sevirdi və sadəcə qurtuluşu, xilası Ulu Öndərin ölkəmiz naminə olan fəaliyyətində görürdü. Hər bir azərbaycanlı yaxşı bilir ki, dahi Heydər Əliyevin həm sovet dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan titanik işlər görülüb.Ulu Öndər Heydər Əliyevin 1993-ci ilin 3 oktyabr tarixində ümumxalq səsverməsi ilə Prezident seçilməsi Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifələrindən biridir. Ümummilli Lider 1993-2003-cü illərdə ölkəyə rəhbərlik etdiyi dövr şanlı tariximizə qızıl hərflərlə yazılmışdır. Həmin dövrdə ölkəmizdə bütün sahələrdə uğurlu inkişafın əsası qoyulmuşdur. Dahi şəxsiyyət yenə də öz layiqli missiyası ilə ölkəmizi tamamilə parçalamaq istəyən xaricdəki mənfur havadarlarına arxalanan qəsbkar ermənilərin ərazilərimizi işğal etməsinə imkan verməmiş, onun müdafiə qüdrətini möhkəmləndirmiş, hərtərəfli inkişafı üçün lazımi tədbirlər görmüş və atəşkəsin imzalanmasına nail olmuşdur. Bütün bu proseslərin nəticəsi idi ki, Azərbaycan xalqı ən ağır günündə dahi Heydər Əliyevi Bakıya dəvət etdi və daha sonra xalqın iradəsi ilə ulu öndər prezident seçildi.1993-2003-cü illərdə ölkədə olan yüksək səviyyəli inkişaf, xalqın rifah halının yaxşılaşması, sosial-iqtisadi artım, beynəlxalq aləmdə artan nüfuz bir daha onu göstərdi ki, Azərbaycan xalqı öz Liderinin seçimində düzgün qərar vermişdir. Məhz həmin zamanlarda olduğu kimi Ulu öndər siyasəti bu gün də yaşayır və Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hər il daha da güclənərək, möhtəşəm uğurlara imza atır.Vətən müharibəsində qazanılmış böyük Qələbə və ümumilikdə ölkəmizin bütün parametrlər üzrə tərəqqi yolunda olması dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik siyasətin bariz nümunəsidir. Ölkəmizin ən yeni tarixi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə birbaşa bağlıdır.

Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri

Digər xəbərlər