PDF Oxu

Siyasət

  • 742

İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq

image

Bu gün Azərbaycan özünün beynəlxalq və iktərəfli əməkdaşlıq coğrafiyasını genişləndirməkdədir. Ölkəmizin artan nüfuzu fonunda xarici siyasətin əsas istiqamətlərindən biri də Avropanın aparıcı ölkələri ilə yaxın təmasların qurulmasıdır.

Ölkəmizin günü-gündən inkişaf etməsi, onun nüfuzunun artması bir çox dövlətlərin Azərbaycana olan marağını artırıb, onunla səmimi dostluq və əməkdaşlıq əlaqələrinin yaradılmasına çalışan ölkələrin sayı artmaqdadır. Bu istiqamətdə Avropa dövlətlərinin Azərbaycanla münasibərlərin genişlənməsinə olan marağı artıb. Azərbaycan Avropanın inkişaf etmiş dövləti olan İtaliya üçün də cəlbedici ölkədir. İlk növbədə Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb.

Strateji tərəfdaşlıq əlaqələrinə malik Azərbaycan və İtaliyanı həm də möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflər arasında münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır və bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır.

Qeyd etmək lazımdır ki, Azərbaycanın xarici siyasət kursunda İtaliya ilə əlaqələrin daha da irəliyə aparılması mühüm yer tutur. Bu gün İtaliya Avropa İttifaqına üzv ölkələr arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticari tərəfdaşıdır.

Azərbaycan və İtaliya Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində birgə səylərin vacibliyini vurğulayırlar. Cənub Qaz Dəhlizi və TAP layihələri üzrə uzunmüddətli əməkdaşlığın möhkəmləndirilməsi təsdiq olunur. Enerji ilə yanaşı, kənd təsərrüfatı, sənaye, logistika və rəqəmsal texnologiyalar sahəsində yeni əməkdaşlıq imkanlarının dəstəklənməsi razılaşdırılır. İtaliya şirkətlərinin Azərbaycanda, Azərbaycan şirkətlərinin isə İtaliyada sərmayə qoyuluşları təşviq ediləcəkdir.

Tərəflər xalqlar arasında yaxınlığı artırmaq məqsədilə təhsil və mədəniyyət sahəsində yeni təşəbbüsləri razılaşdırırlar. Azərbaycan–İtaliya Universitetinin yaradılması barədə razılıq təsdiq olunur, tələbə və müəllim mübadiləsinin genişləndirilməsi, mədəniyyət günlərinin, sərgilərin və konsertlərin təşkilinə dəstək göstərilməsi nəzərdə tutulur. Azərbaycan tərəfi İtaliyanın Avropa İttifaqı ilə əməkdaşlığa göstərdiyi dəstəyi yüksək qiymətləndirir. İtaliya Azərbaycanın Avropa İttifaqı ilə yeni əməkdaşlıq formatlarına qoşulmasına yardım göstərəcək, Azərbaycan isə Avropanın enerji və iqtisadi təhlükəsizliyində etibarlı tərəfdaş kimi çıxış edəcəkdir.

Bundan əlavə, regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi üçün səylərini birləşdirəcəklər. BMT Nizamnaməsi, beynəlxalq hüquq prinsipləri və dövlətlərin suverenliyi hörmət prinsipi əsas götürüləcəkdir. Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar fonunda İtaliyanın dəstəyi xüsusi qeyd edilir. Bu sənəd tərəflərin qarşılıqlı anlaşma və dostluq münasibətlərinə əsaslanır. Hüquqi baxımdan məcburi müqavilə xarakteri daşımır, lakin gələcək əməkdaşlıq istiqamətlərinin siyasi niyyətlərini ifadə edir.

İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək vermişdir, bu gün də biz bunu hiss edirik və son vaxtlar Avropa İttifaqı-Azərbaycan əlaqələrində də müsbətə doğru addımlar atılır. Bu da bizi təbii olaraq məmnun edir. Bizim strateji tərəfdaşlığımız həm rəsmi sənədlərdə, həm həyatda, praktik işlərdə özünü büruzə verir. Hesab edirəm ki, bir-birindən uzaqda yerləşən ölkələr arasındakı münasibətlərin qurulması bizim timsalımızda bir örnək ola bilər.

Vüqar İsmayılov

Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının əməkdaşı

Digər xəbərlər