PDF Oxu

Siyasət

  • 1 261

“Konstitusiya və Suverenlik İli” çərçivəsində inşa-yazı müsabiqəsinə start verilib

image

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5 illiyi münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və “Caspel” MMC tərəfindən inşa-yazı müsabiqəsinə start verilib.

Bununla əlaqədar təşkil olunan tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyinin tam bərpa edildiyini, bu qələbənin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu vurğulayıb. O qeyd edib ki, “Konstitusiya və Suverenlik ili” çərçivəsində keçirilən bu müsabiqə gənclərin milli dəyərlərə, dövlətçiliyə və Vətənə sədaqət ruhunda formalaşmasına mühüm töhfə verəcək.
YAP Nəsimi rayon təşkilatının “C.Xəndan küçəsi 50b” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, “Caspel” MMC-nin İdarə Heyətinin sədri Ceyhun Quliyev şirkətin sosial məsuliyyət layihələri çərçivəsində daim gənclərin bilik və yaradıcılıq potensialının dəstəklənməsinə önəm verdiyini bildirib. O vurğulayıb ki, belə təşəbbüslər gənclərin cəmiyyətin inkişafında fəal iştirakına şərait yaradır.
YAP Nəsimi rayon təşkilatının “Ənvər Qasımzadə 14” (ATU) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini Sərdar Əliyev isə qeyd edib ki, müsabiqə gənclərin dövlətçilik və vətənpərvərlik duyğularını gücləndirməklə yanaşı, onların intellektual səviyyəsini və analitik düşüncə qabiliyyətini artırmaq baxımından da mühüm əhəmiyyət daşıyır.
Müsabiqədə Nəsimi rayonu üzrə 7 ali təhsil müəssisəsini təmsil edən 78 nəfər əlaçı tələbə iştirak edib.
Tədbirin əsas məqsədi gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyə olunması, onların intellektual və yaradıcı potensialının üzə çıxarılması, eləcə də Azərbaycanın tarixi Qələbəsinin əhəmiyyətinin daha geniş auditoriyaya çatdırılmasıdır.
Qeyd edək ki, inşa müsabiqəsinin nəticələri Zəfər Günü ərəfəsində elan ediləcək.

Digər xəbərlər