PDF Oxu

Siyasət

  • 461

Millət vəkili Rövşən Muradov Ağcabədi rayonunda vətəndaş qəbulu keçirib

image

Milli Məclisin deputatı Rövşən Muradov Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində müvəqqəti məskunlaşmış Laçın rayon sakinləri ilə növbəti vətəndaş qəbulu keçirib.
Qəbul zamanı sakinlər müxtəlif problemlər və təkliflərlə deputata müraciət ediblər. Millət vəkili qeyd edib ki, qaldırılan məsələlər səlahiyyətləri çərçivəsində həll olunacaq, bəzi məsələlər isə aidiyyətı qurumlara çatdırılaraq nəticənin təmin olunması üçün tədbirlər görüləcək.
Qəbul iştirakçıları millət vəkilinə təşəkkür edib,bu cür görüşlərin vətəndaşların problemlərinin həllinə dəstək olduğunu vurğulayıblar.

Digər xəbərlər