Milli Məclisin deputatı Rövşən Muradov Bərdə rayonu 588 ailəlik məcburi köçkün qəsəbəsində müvəqqəti məskunlaşmış Laçın rayon sakinləri ilə növbəti vətəndaş qəbulu keçirib.
Qəbul zamanı sakinlər müxtəlif problemlər və təkliflərlə deputata müraciət ediblər. Millət vəkili qeyd edib ki, qaldırılan məsələlər səlahiyyətləri çərçivəsində həll olunacaq, bəzi məsələlər isə aidiyyəti qurumlara çatdırılaraq nəticənin təmin olunması üçün tədbirlər görüləcək.
Qəbul iştirakçıları millət vəkilinə təşəkkür edib,bu cür görüşlərin vətəndaşların problemlərinin həllinə dəstək olduğunu vurğulayıblar.