PDF Oxu

Siyasət

  • 479

Bu gün Türk Dövlətləri Təşkilatı ciddi geosiyası mərkəzlərdən biri kimi formalaşır

image

Azərbaycan Respubilkasının Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatıının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü dövlətimiz, ümummillikdə bu birliyə daxil olan bütün dövlətlər üçün mühüm hadisədir. Türk Dövlətləri TəşkilatınınDövlət BaşçılarıŞurasının12-ci Zirvə Görüşündə müzakirə edilən məsələlər, qəbul edilmiş qərarlar yalnız bu birliyə daxil olan dövlətlərin maraqları və təsirləri ilə məhdudlaşmır, yeni dünya düzəninin formalaşdığı zamanda özünə layiq yer almaq istəyən bütün dövlətlərə təsir edə biləcək mühüm hadisə olaraq dəyərləndirilir.Türk dövlətlərinin bir araya gələrək bir təşkilatda birləşməsi, xalqımızın keçmiş tarixinin acı dərslərindən düzgün nəticə çıxararaq , gələcəyimizin etibarlı təminat altında alınması baxımından dəyərləndirilməlidir. Dünyada mövcud olan yüzlərlə xalq arasından tarixdə izi və sözü ilə qalan nadir xalqıardan biri məhz türk xalqıdır. Tarix bizə elm olaraq zamanı düzgün dəyərləndirmək, mühüm qərarların qəbulu üçün istinad ediləcək əsas mənbədir. Tarixdə türk xalqların intibah dövrü, möhtəşəm imperiyalara sahib olması ilə yanaşı bir-biri ilə amansız müharibələr nəticəsində süquta uğramaları tarixi həqiqətlərdir. Qısa şəkildə ifadə olunan bu tarixi həqiqətlər türk xalqları arasında hər tərəfli əlaqələrinin qurulmasını zəruri etmişdir.

XX əsrin sonunda türk dövlətlər birliyini yaradılması istiqamətində ilk təşəbbüs göstərən xalqımızın Ümummilli Lideri, Ulu Öndərimiz Heydər Əliyev olmuşdur. Ulu Öndərimizin başladığı bu siyasi kurs cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Türk dövlətlərinin vahid bir təşkilatda birləşməsinin təmin edilməsində əsas aparıcı şəxslər olaraq Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın xidmətləri misilsizdir.Məhz bu iki Lider bir araya gələrək qətiyyət nümayiş etdirdi və digər türk dövlətlərin başçılarını inandıra, bir araya gəlmələrini təmin edə bildilər. Türk Dövlətləri Təşkilatıının yaradılması xeyli zaman aldı.Əvvəlcə Türkdilli Dövlətlər Təşkilatı adı ilə yaradıldı.Adından bəlli olduğu kimi bu birliyyə daxil olan dövlətlərin türk dövlətləri deyil, türk dilində danışan xalqların dövlətlərin birliyi anlamını daşıyırdı. Türk dilində danışmaq , hələ türk olmaq demək deyildir.Türk sözünə ətraf dövlətlərinin , ən əsas da Rusiyanın hansı qısqanclıqla yanaşdığı bu xalqlara bəlli idi. Sovet imperiyası dönəmində pantürkist, panislamist damğası vurularaq divan tutulmasının acı həqiqətləri bu xalıqların hafizəsində yaşamaqda idi.Məhz bu səbəbdən Mərkəzi Asiyada yaşayan türk xalqları xarici təsirlərdən ehtiyat edirdilər. Azərbaycan və Türkiyənin inamlı qərarları, həyata keçirdikləri uğurlu siyasət Mərkəzi Asiyanın türk dövlətlərini bu birliyə qoşulmasını şərtləndirdi.

Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti, onun yaratmış olduğu Silahlı Qüvvələrimizin qüdrəti ilə Ermənistanın işğalına son qoyulduqdan sonra Mərkəzi Asiya türk dövlətlərində ruh yüksəkliyi yaranmış oldu və Türk Dövlətləri Təşkilatıyeni mərhəliyə yüksəldi. Eyni zamanda torpaqlarımızın Ermənistanın işğalından azd edilməsi ilə Zəngəzur dəhlizi vasitəsi ilə türk dövlətlərinin yeni nəqliyyyat əlaqələrinin qurulmasına imkan yaranmış oldu.

Zirvə Görüşündə Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyev bildirmişdir “Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir.

Ölkəmiz təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürmüşdür.

Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir.

Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.

Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir.

Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm.

Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir.

Türk Dövlətləri Təşkilatıının keçmiş olduğu tarixi yol bu təşkilata daxil olan dövlətlərin sayını daha da genişləcəyinə, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatına çeviriləcəyini əminliklə qeyd edə bilərik. Çünki bu birlik tarixi köklərə, səmimi münasibətlərə, gələcəyimizin etibarlı şəkildə müdafiə edilməsinin təmin olunmasına əsaslanır.

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

Digər xəbərlər