Hazırkı dövrdə dünya çox mürəkkəb və dəyişkən bir dövrdən keçir. Beləki bu dövrdə yəniki əsasən qlobal siyasətdə yeni güc mərkəzləri,yeni siyasətlər formalaşır, həmçinin bununla yanaşı yeni ittifaqlar yaranır. Məhz belə bir zamanda Türk Dövlətləri Təşkilatı öz sözünü deyən,gücünü göstərən ciddi geosiyasi qüvvəyə çevrilibdir.Bu, sadəcə diplomatik bir qurum deyil bu həmçinin ümumtürk birliyinin ortaq rəmzidir,ortaq köklərimizin, dilimizin, tariximizin və gələcəyə baxışımızın birliyidir.Azərbaycan da bu təşkilatın formalaşması və möhkəmlənməsi üçün hər zaman öz fəaliyyətlərini göstərib.Bu fəaliyyətlər Türk Dövlətləri Təşkilatı üçün deyərdim ki ən böyük fəaliyyətlərdən biridir. Buna misal olaraq dövlətimizin Türk Dövlətləri Təşkilatı Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürməklə sadəcə maliyyə dəstəyi göstərməyiylə yanaşı, eyni zamanda Türk birliyinə olan sarsılmaz siyasi iradəsini bir daha nümayiş etdirib.Bu addım sözlə yox, əməl ilə göstərilib bu isə qardaşlığa birbaşa töhfədir.Təbii ki Dünya dəyişir, amma bu bir həqiqətdirki, sülh və təhlükəsizlik olmadan inkişaf mümkün deyil. Bugünkü dünyada sabitlik hər bir dövlətin ən mühüm prioritetinə çevrilib. Təhlükəsizlik təmin edilmədən nə iqtisadi artım, nə sosial rifah, nə də beynəlxalq nüfuzdan danışmaq mümkündür. Buna görə də Azərbaycan hökümətinin ən böyük siyasəti bu məsələdir və bu siyasətə prinsipial yanaşır – milli təhlükəsizlik və ərazi bütövlüyü bizim üçün qırmızı xətt olmasıdır
Məhz buna görə hərbi güc bu gün hər bir dövlətin müstəqilliyinin, suverenliyinin və varlığının əsas dayağı sayılır. Azərbaycan bunu 44 günlük Vətən müharibəsində Prezidentimizin uzaqgörən siyasəti ilə və ordumuzun gücü ilə bütün dünyaya göstərdi güc və ədalət bir yerdə olanda, haqq mütləq qalib gəlir.Cənab Prezidentimizin yürütdüyü siyasət nəinki Qafqaz regionunda öz sözünü deyir həmçinin dünya arenasındada öz sözünü deməkdədir.
Bu gün atdığımız hər bir addım Azərbaycanın sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləyir. Azərbaycanın təklif etdiyi sülh gündəliyi regionda uzunmüddətli sabitliyin və əməkdaşlığın yeganə yoludur.
Eyni zamanda bunuda nəzərə almaq lazımdırki nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafı Türk dünyası üçün strateji və böyük əhəmiyyət daşıyır.Xüsusilə Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının iqtisadi, siyasi və mədəni inteqrasiyasını gücləndirəcək.Çünki bir çox dövlətlər Zəngəzur dəhlizindən daha çox iqtisadi artım əldə etmək üçün böyük sərmayələr yatırır. Bu təkcə iqtisadi layihə deyil, həm də təmiz enerji və yaşıl gələcək yolunda Türk dünyası üçün vacib bir addımdır.
Prezidentimizin sözü ilə desək,Unutmaq olmaz ki, bizi birləşdirən tək maraqlar deyil – ortaq tarix, etnik köklər, dil və mədəniyyət bizi bir ailə kimi birləşdirir. Bizim birliyimiz təkcə keçmişə söykənmir, həm də gələcəyə inamla baxır.
Bugün Türk Dövlətləri Təşkilatı sadəcə bir beynəlxalq platforma deyil, Türk birliyinin sabahına açılan bir ümiddir.
Və biz – Azərbaycan olaraq bu ümidin mərkəzindəyik.Türk Dövlətləri Təşkilatı bu gün artıq sadəcə rəsmi bir platforma deyil o həmçinin bir ruhdur, bir ideyadır, bir gələcəkdir.Hər bir toplantı, hər bir zirvə, hər bir qərar bu birliyin daha da möhkəmlənməsi üçündür.
Azərbaycan da həmçinin bu ailənin fəal, qürurlu və aparıcı üzvüdür. Biz bu gün təkcə özümüz üçün yox, bütün Türk dünyası üçün çalışırıq. Bizim iradəmiz, inamımız və birliyimiz bu təşkilatı gələcəkdə böyük geosiyasi güc mərkəzinə çevirib və çevirəcək
Bizim birliyimiz indiki dövrdən yox, tarixdən gəlir, amma hədəfimiz gələcəkdədir.
Və bu gələcək – Türk dünyasının güclü, müstəqil və birləşmiş gələcəyidir.Vətəndaş olaraq bizim borcumuzda hökümətimizin yanında olmaq və bu siyasətimizi dəstəkləyərək Türk Dünyasına bizdə öz töhfəmizi verməkdir.Türk dünyası bir bütündür bir ailədir.Fikrimi yenidən Prezidentimiz İlham Əliyevin sözü ilə tamamlamaq istərdim-Biz Birlikdə Güclüyük!
Elgün Rüstəmli
YAP Yasamal rayon təşkilatının gənc fəalı