PDF Oxu

Siyasət

  • 2 289

Bu gün Türk Dövlətləri Təşkilatı ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır

Bu gün Türk Dövlətləri Təşkilatı ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə Görüşündə iştirak ediblər.

Bu görüş həm tarixi, həm də siyasi baxımdan türk dövlətlərinin birliyinin rəmzidir. Görüş zamanı dövlət başçıları çıxışlarında Azərbaycanın Ermənistanla sülh sazişi imzalayaraq regionda əmin-amanlığı bərpa etməsini yüksək qiymətləndirmişlər.

Eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vahid türk xalqları əlifbası yaradılması ilə bağlı təklifi də böyük rəğbətlə qarşılanıb.

Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir:

"Bu gün Türk Dövlətləri Təşkilatı sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir."

Bu fikirlər bir daha türk dövlətləri arasında qardaşlıq və həmrəyliyin gücləndiyini sübut edir.

Təsadüfi deyil ki, Füzuli şəhərində inşa ediləcək məscidin təməlqoyma mərasimi də bu mötəbər görüş zamanı onlayn formatda həyata keçirilmişdir.

Azərbaycan Prezidentinin nümayiş etdirdiyi prinsipial və milli mövqe, dünya arenasında ölkəmizin söz sahibi kimi çıxış etməsi xalqımızı və vətəndaşlarımızı qürurlandırır.

Kəmalə Həsənova

YAP Laçın rayon təşkilatının 39 saylı ƏPT -nin sədr müavini

Laçın rayon 32 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Digər xəbərlər