PDF Oxu

Siyasət

  • 623

Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil

image

Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü Türk Dünyasının inkişafında yeni strateji mərhələyə atılan addım kimi qiymətləndirilə bilər. Hazırda dünyada və regionda qlobal geosiyasi və geoiqtisadi proseslər müşahidə olunur. Belə bir şəraitdə Türk dünyası üçün də bir sıra mühüm məsələlər gündəmə gəlir. Bu baxımdan Zirvə görüşündə bu məsələlər ətraflı müzakirə olunmuş və yeni prioritetlər müəyyənləşdirilmişdir. Qəbələ Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı TDT-nin gələcək fəaliyyəti üçün mühüm mesajlar vermişdir. Bu gün türkdilli ölkələr müxtəlif ikitərəfli və çoxtərəfli sahələrdə əməkdaşlıq edirlər. Müstəqil, güclü və inkişaf edən türk dövlətlərinin bir araya gəlməsi regionda sabitliyin, təhlükəsizliyin və rifahın təmin olunması baxımından da mühüm amildir. Prezident İlham Əliyevin vurğuladığı kimi, ortaq tarix, dil və mənəvi dəyərlər türk xalqlarını bir ailə kimi birləşdirir. Bu birliyin gücü yalnız siyasi və iqtisadi sahədə deyil, həm də mədəni və mənəvi müstəvidə özünü göstərir. TDT-nin hazırkı statusu onu sadəcə əməkdaşlıq platformasından güc mərkəzinə çevrilən təşkilata çevirib. Üzv dövlətlərin coğrafi mövqeyi, geostrateji əhəmiyyəti, təbii resursları, nəqliyyat-logistika imkanları, iqtisadi və hərbi-texniki potensialı təşkilatın güclənməsi və dünyada təsir imkanlarının artması üçün mühüm amillərdir. Xüsusilə TDT-yə üzv olan türk dövlətləri gücləndikcə və inkişaf etdikcə, təşkilatın da regional və qlobal miqyasda təsir imkanları genişlənir, o, geosiyasi güc mərkəzinə çevrilir. Bu prosesdə Azərbaycan və Prezident İlham Əliyevin rolu danılmazdır. Bu gün gərginliklə dolu dünyada sülh və təhlükəsizlik məsələlərinə cavabdeh olan dövlətlər və təşkilatlar bu missiyanı kifayət qədər məsuliyyətlə yerinə yetirmirlər. Belə bir zamanda TDT çərçivəsində hərbi-texniki əməkdaşlığın qurulması, birgə hərbi təlimlərin keçirilməsi və gələcəkdə vahid hərbi birliyin yaradılması zərurətə çevrilmişdir. Prezident İlham Əliyev bu istiqamətdə təklif irəli sürərək, ilk hərbi təlimlərin 2026-cı ildə məhz Azərbaycanda keçirilməsinin mümkünlüyünü bildirmişdir. Qəbələdə keçirilən 12-ci Zirvə görüşü Türk Dünyasının vahid və güclü siyasi-iqtisadi məkana çevrilməsi istiqamətində mühüm addım oldu. Zirvə görüşünün sonunda imzalanan Qəbələ Bəyannaməsi Türk Dövlətləri Təşkilatının gələcək inkişaf xəritəsini müəyyənləşdirən strateji sənəd kimi tarixə düşdü.

Nizami Verdiyev

YAP Laçın rayon təşkilatının 50 saylı ƏPT-nin fəal üzvü

Laçın rayon Minkənd kənd tam orta məktəbin tarix müəllimi

Digər xəbərlər