Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatında partiyanın veteran üzvlərindən olan Şıxəliyeva Elmira İmaməli qızının 70 illik yubileyi münasibətilə görüş keçirilib.
YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, səadət dolu günlər arzulayıb.
Yubilyar Elmira Şıxəliyeva göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirərək Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının və uzun illər partiyanın təbliğatındakı fəaliyyətinin onun üçün böyük qürur olduğunu söylədi.
YAP Kürdəmir rayon təşkilatı tərəfindən Elmira Şıxəliyevaya partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə uzun illər aktiv iştirakına görə Fəxri Fərman və hədiyyələr təqdim edilib.