PDF Oxu

Siyasət

  • 650

44 günlük Vətən müharibəsi şəhidi Qasımov İsmayıl Sadiq oğlunun şəhadətinin beşinci ildönümündə məzarı ziyarət olunub

image

Hərbi Memorial Məzarlıqda 44 günlük Vətən müharibəsi şəhidi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri Qasımov İsmayıl Sadiq oğlunun şəhadətlərinin beşinci ildönümü münasibətilə məzarı ziyarət olunub.

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev, YAP Yasamal rayonu təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin və Yasamal rayon bələdiyyəsinin əməkdaşları, şəhid ailə üzvləri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyəti şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Qasımov İsmayıl Sadiq oğlu şəhadətindən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü”, "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Məzar ziyarətlərindən sonra 44 günlük Vətən müharibəsi şəhidi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri Qasımov İsmayıl Sadiq oğlunun əziz xatirəsinə ehsan süfrəsi açılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər