PDF Oxu

Siyasət

  • 774

Türk Dövlətləri Təşkilatı ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır

image

2025-ci il oktyabrın 7-də Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Zirvə Görüşü Türk dünyasının birliyi, dostluğu, həmrəyliyi və strateji əməkdaşlığının dərinləşdirilməsi baxımından tarixi əhəmiyyət kəsb edib. Tədbirdə üzv və müşahidəçi dövlətlərin liderləri, yüksək səviyyəli nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər. Zirvə Görüşündə siyasi, iqtisadi, nəqliyyat, enerji, müdafiə sənayesi, mədəniyyət, təhsil, humanitar sahələr və regional təhlükəsizlik üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm məsələlər müzakirə olunub. Türk Dövlətləri Təşkilatı bu gün yalnız əməkdaşlıq platforması deyil, eyni zamanda regional və qlobal əhəmiyyətə malik geosiyasi mərkəz kimi formalaşmaqdadır. Zirvə Görüşündə qəbul edilmiş qərarlar təşkilatın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edəcək. Azərbaycan üçün Türk dünyası ilə inteqrasiya və əməkdaşlıq tarixi və strateji əhəmiyyət kəsb edir. Türk Dövlətləri Təşkilatı artıq sadəcə əməkdaşlıq platforması olmaqla kifayətlənmir, həm də qlobal səviyyədə ciddi geosiyasi mərkəzlərdən biri kimi çıxış edir. Təşkilatın beynəlxalq arenadakı nüfuzunun artması, Türk dünyasının birliyi və həmrəyliyinin bariz göstəricisidir. Ortaq tariximiz, etnik köklərimiz və milli-mənəvi dəyərlərimiz Türk dünyasını bir ailə kimi birləşdirir. Bu birliyin möhkəmlənməsi isə regionda sabitliyin, inkişafın və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Bu, təşkilatın yaranışından etibarən regional sabitliyin və qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsinə xüsusi önəm verdiyini bir daha təsdiqləyir. Hazırda dünyanın üzləşdiyi mürəkkəb geosiyasi proseslər və təhlükəsizlik çağırışları fonunda bu məsələnin aktuallığı daha da artır. Qlobal və regional səviyyədə yaranan yeni reallıqlar fonunda türk dövlətlərinin vahid mövqedən çıxış etməsi həm siyasi, həm də strateji baxımdan böyük əhəmiyyət kəsb edir. Ötən il Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsi də bu istiqamətdə strateji hədəfləri aydın şəkildə ortaya qoymuşdur. Həmçinin bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunması türk dövlətlərinin birliyi və həmrəyliyinin regional sabitlik üçün nə qədər vacib olduğunu bir daha nümayiş etdirir.

Fənar Qənbərova

YAP Laçın rayon təşkilatının fəal üzvü

Laçın rayon Ədalət Məmmədov adına Zabux kənd orta məktibində müəllim

Digər xəbərlər