PDF Oxu

Siyasət

  • 638

Qəbələ Zirvəsi – Türk dövlətləri arasında qardaşlıq, həmrəylik və inkişaf platforması

image

Qəbələdə keçirilmiş 12-ci Zirvə Görüşü Türk dünyasının həmrəyliyinin təntənəsi idi. Prezident İlham Əliyev öz çıxışında Türk dünyasının ortaq maraqları, çağırışları və potensialı barədə dolğun fikirlər səsləndirdi. Onun nitqi həm siyasi müdriklik, həm də strateji baxışın ifadəsi kimi böyük rezonans doğurdu.

Prezident qeyd etdi ki, Türk dövlətlərinin qarşısında duran əsas vəzifə – birgə inkişaf və təhlükəsizlik strategiyalarının möhkəmləndirilməsidir. O bildirdi ki, müasir dünyada geosiyasi balans sürətlə dəyişir və belə bir şəraitdə Türk dövlətlərinin birliyi regional sabitlik üçün əsas dayaqlardan biridir.

İlham Əliyev Azərbaycanın təşəbbüskarlıqla həyata keçirdiyi iri layihələr — Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi və Transxəzər nəqliyyat marşrutlarını Türk dünyasının iqtisadi inteqrasiyasının əsas elementləri kimi dəyərləndirdi. O, Türk dövlətləri arasında elm, innovasiya, gənclər siyasəti, rəqəmsal iqtisadiyyat və müdafiə sahəsində əməkdaşlığın vacibliyini də vurğuladı.

Prezidentin çıxışında humanitar əməkdaşlıq və mədəni diplomatiya məsələləri də geniş yer aldı. O, Türk dünyasının ortaq tarixinin və ədəbi irsinin gələcək nəsillərə ötürülməsinin vacibliyini xüsusi qeyd etdi. İlham Əliyevin sözlərinə görə, Türk dünyasının birliyi həm mənəvi, həm iqtisadi, həm də siyasi müstəvidə sarsılmaz olmalıdır.

Qəbələ Zirvəsi bu baxımdan Türk Dövlətləri Təşkilatının tarixi inkişaf yolunda mühüm pillə oldu. Prezident İlham Əliyevin nitqi bir daha göstərdi ki, Azərbaycan Türk birliyinin möhkəmlənməsi istiqamətində fəal, prinsipial və yaradıcı mövqe tutur.

Zaur Mehdiyev,

YAP Gədəbəy rayon təşkilatının sədr müavini.

Digər xəbərlər