PDF Oxu

Siyasət

  • 1 279

FHN-in Akademiyasından 1272 nəfər məzun olub - Kəmaləddin Heydərov

image

Ötən dövrdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasından 1272 nəfər məzun olub. Onlar nazirliyin ayrı-ayrı qurumlarında xidmətlərini davam etdirirlər. SİA xəbər verir ki, bunu fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimində çıxışı zamanı deyib.O bildirib ki, FHN-in Akademiyasında ötən müddətdə maddi-texniki bazanın yaradılması, eyni zamanda, kursantların tədris və təliminin, sosial məişət şəraitinin müasir tələblərə uyğun təmin olunması istiqamətində işlər görülüb. Akademiyada beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması, elmi-pedaqoji kadr hazırlığı, aktual məsələlərə dair layihələrin hazırlanması məqsədilə beynəlxalq simpoziumlar, konfranslar, seminarlar, görüşlər və digər elmi-mədəni tədbirlər təşkil olunur.Nazir, həmçinin bu il akademiyaya qəbul olmuş kursantları və həmin təhsil müəssisəsini müvəffəqiyyətlə bitirərək zabit rütbəsi ilə FHN-in qurumlarında çalışacaq bütün məzunları təbrik edib, onlara müstəqil Azərbaycanın gələcəyi naminə fəaliyyətlərində uğurlar arzulayıb.

Digər xəbərlər