YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbər heyəti, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, YAP Yasamal rayonu təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin, Yasamal rayon bələdiyyəsinin və Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşları, Nəsimi rayon hüquq mühafizə orqanlarının rəhbər əməkdaşları, şəhid ailə üzvləri, qazilər və rayon ictimaiyyəti şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Məzar ziyarətindən sonra şəhidimizin əziz xatirəsi üçün ehsan süfrəsi açılıb.
Qeyd edək ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Kərimli İsmayıl Ceyhun oğlu şəhadətindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!