PDF Oxu

Siyasət

  • 552

Şəhid Cəbrayıl Mikayılovun şəhadət günündə əziz xatirəsi yad edildi

image

Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.

Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.

YAP Nəsimi rayon təşkilatının rəhbərliyinin, Nəsimi rayon İcra Hakimiyyətinin, Nəsimi rayon Polis İdarəsinin, rayon ictimaiyyətinin və şəhidlərin ailə üzvlərinin iştirakı ilə Vətən müharibəsi Şəhidi Mikayılov Cəbrayıl Valeh oğlunun şəhadət günündə əziz xatirəsi dərin hörmət və ehtiramla yad olundu, məzarı üzərinə gül-çiçək dəstələri düzüldü.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Digər xəbərlər