PDF Oxu

Siyasət

  • 1 572

Bakı-Moskva xəttində yeni nəfəs...

image

Mətləb Salahov: “Rusiya Azərbaycanla münasibətlərin düzəlməsi üçün hərəkətə keçib”

“Ötən ilin dekabrında AZAL-a aid sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğramasından sonra soyuqlaşan Azərbaycan-Rusiya münasibətlərinin nizama salınması üçün artıq real imkanlar yaranıb. Ən azından Düşənbədə Azərbaycan və Rusiya liderləri arasında keçirilən səmərəli görüş bunu deməyə əsas verir. Düzdür, münasibətlərin tam yoluna qoyulması üçün mühüm işlər görülməlidir. Bura, ilk növbədə təyyarə qəzasının tam obyektiv şəkildə araşdırılması və hüquqi qiymət verilməsi daxildir.
Ən diqqətçəkən məqamlardan biri Vladimir Putinin də danışıqlar zamanı üzr istənilməsi və faciənin araşdırılması barədə diqqətçəkən fikirlər səsləndirməsidir. Bu fakt, Kremlin Bakı ilə münasibətləri yoluna qoymaq üçün çalışdığını tam açıq şəkildə ortaya qoyur. Ən azından Rusiya lideri Azərbaycanın tək Cənubi Qafqaz üçün deyil, ümumilikdə keçmiş sovet coğrafiyası üçün siyasi və xüsusilə iqtisadi mənada lokomotiv rolunu oynadığını əla bilir”.
Bu fikirləri SİA üçün şərhində jurnalist-ekspert Mətləb Salahov deyib. M.Salahovun qənaətincə Moskvada da Azərbaycanla münasibətlərin gərgin məcrada saxlanılmasının mənasızlığı və zaman baxımından uduzanın Rusiya olduğunu gözəl dərk edirlər.
“Diqqət edin: Düşənbədəki danışıqların böyük hissəsinin AZAL təyyarəsinin qəzasının araşdırılmasına həsr olunması da Moskvanın münasibətlərin düzəlməsi üçün əsasən maneənin aradan qaldırılmasına ciddi və istəkli yanaşdığını göstərir. V.Putin faciədən sonra Prezident İlham Əliyevin irəli sürdüyü üç əsas tələbin yerinə yetirildiyini faktiki olaraq təsdiqlədi. Düşünürəm ki, prezidentlər arasındakı son danışıqlardakı mənzərə onu deməyə əsas verir ki, Rusiya bir il öncəyə qədərki vaxtda strateji tərəfdaş olduğu Azərbaycanla münasibətləri bərpa etmək üçün hərəkətə keçib”.

Digər xəbərlər