PDF Oxu

Siyasət

  • 1 134

Azərbaycan Yaxın Şərqdəki sülh prosesində mühüm iştirakçıya çevrilir

image

Mətləb Salahov: “Artıq Azərbaycan qlobal beynəlxalq tərəfdaş statusundadır”

“Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitində rəsmi Bakının iştirakı ilk növbədə Azərbaycanın artıq təkcə regional proseslərdə deyil, eyni zamanda qlobal beynəlxalq proseslərdə də aktiv iştirakını və vacib tərəfdaş statusunu sübuta yetirir. Əgər dünənə kimi, dünyanın Çin, ABŞ kimi supergücləri Cənubi Qafqaz bölgəsində əsas tərəfdaş kimi Azərbaycanı seçirdilərsə, artıq rəsmi Bakı beynəlxalq oyunçuların daha böyük sammitlərində önəmli qonaq kimi təmsil olunur. Bu fakt, olduqca mühüm göstəricidir”.Bu fikirləri SİA-ya şərhində jurnalist-ekspert Mətləb Salahov bildirib. M.Salahov bu qənaətdədir ki, rəsmi Bakının son aylarda Suriyanın bərpası və enerji təminatı ilə bağlı mühüm işlərə imza atması artıq Azərbaycanın Yaxın Şərqdəki proseslərdə iştirak hüququnu da möhkəmləndirib. “Uzun illərdən sonra, daha dəqiq ifadə etsək, Bəşər Əsəd rejiminin süqutundan sonra Azərbaycan Suriya ilə əlaqələri bərpa etməklə kifayətlənmədi, həmçinin bu ölkənin enerji sektorunun yenidən yaradılmasında iştirak etməyə başladı. Bu faktın özü hazırda Avropanın əsas enerji təchizatçısına çevrilən Azərbaycanın eyni zamanda Yaxın Şərqdəki iqtisadi və siyasi proseslərdə də aktiv roluna bariz nümunədir. Əslində bu qətiyyən təsadüfi deyil. Çünki hazırda dünyanın enerji sektorunda önəmli yerə sahib olan Azərbaycan həm də mühüm beynəlxalq danışıqlar üçün əsas məkan sayılır. Ən kritik danışıqlar məhz Bakıda keçirilir ki, bu da həm Azərbaycana olan beynəlxalq etibar deməkdir, həm də rəsmi Bakının dünyadakı önəmli proseslərdə önəmli iştirakçı statusunun dünya gücləri tərəfindən qəbul edildiyini göstərir”.

Digər xəbərlər