Azərbaycan Milli Elmlər Akademiyası, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümünə və Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 80 illiyinə həsr olunmuş AMEA-nın institutları arasında minifutbol idman növü üzrə yarışların açılış mərasimi baş tutub.
Açılış mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Sənan Həsənov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Qəzənfər Abdullayev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə sektor müdiri İlham Səfərov, 44 günlük Vətən müharibəsi şəhidi, XTQ-in kapitanı Həmidağa Hüseynzadənin atası Bağı Hüseynov, akademiyanın institutlarının rəhbər heyəti, əməkdaşları və yarış iştirakçıları iştirak edib.
Açılış mərasimində ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, 44 günlük Vətən müharibəsi şəhidi, XTQ-in kapitanı Həmidağa Hüseynzadənin atası Bağı Hüseynov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə sektor müdiri İlham Səfərov və Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Sənan Həsənov çıxış edərək qeyd ediblər ki, Azərbaycan Milli Elmlər Akademiyasının minifutbol meydançasında keçirilən bu minifutbol idman növü üzrə yarışlar həm tariximizin, həm də bu günümüzün qürur səhifəsidir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilən bu yarışlar, Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfərin 5-ci ildönümünü və Akademiyanın 80 illik yubileyini birləşdirən mənəvi körpü rolunu oynayır. Bu tədbir elm ocağında formalaşan milli düşüncənin, vətənpərvərlik ruhunun və sağlam həyat tərzinin təbliğinə xidmət edir. Qalib xalqın elmi potensialı ilə idman ruhunun bir araya gəlməsi dövlətimizin gücünü, xalqımızın birliyini simvolizə edir. Azərbaycan elminin tarixi nailiyyətləri bu gün gənc nəslin inamlı addımları ilə tamamlanır. Burada hər bir iştirakçı yalnız idmançı deyil, həm də Zəfər nəslinin təmsilçisidir. Bu yarışlar gənclərə həm vətən sevgisini, həm də zəhmətin dəyərini aşılayır. Müstəqil Azərbaycanın inkişaf yolunda bu cür tədbirlər milli həmrəyliyin, mənəvi yüksəlişin və qalib ruhun təntənəsidir. Elm, idman və vətənpərvərlik bu gün burada eyni amal uğrunda birləşib. Çıxışların sonunda iştirak edən komandalara uğurlar arzulanıb.
Çıxışlardan sonra komandalara formalar təqdim olunub.
Sonra xatirə şəkli çəkdirilib, yarışa start verilib.