PDF Oxu

Siyasət

  • 504

Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir

image

Tacikistan ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından bəri keçən müddət ərzində iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq dinamik şəkildə inkişaf etmişdir. Bu münasibətlər ortaq tarixi, mədəni və dini bağlarla möhkəmlənmiş, qarşılıqlı hörmət və etimad əsasında davam etməkdədir.İki ölkə arasında diplomatik münasibətlər 29 may 1992-ci ildə qurulmuşdur. Həmin vaxtdan etibarən Azərbaycan və Tacikistan arasında müxtəlif səviyyələrdə rəsmi səfərlər, görüşlər və əməkdaşlıq formatları həyata keçirilmişdir. Bu səfərlər ikitərəfli əlaqələrin genişlənməsinə və strateji sahələr üzrə tərəfdaşlığın dərinləşməsinə zəmin yaratmışdır.

Bunun üçün təkcə son aylarda qeyd olunan istiqamətdə atılan addımlara diqqət yetirmək kifayətdir. Dövlət başçısı İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-York şəhərində işgüzar səfərdə oldu. Onun ardınca “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə Görüşündə iştirak etmək üçün Danimarkaya işgüzar səfər etdi. Bu günlərdə, oktyabrın 7-də Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə Görüşü keçirildi. Bunun ardınca isə Prezident İlham Əliyev oktyabrın 9-da MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Düşənbəyə səfər etdi. Bu tədbirlər, eyni zamanda, öz növbəsində onların keçirildiyi ölkələrlə Azərbaycanın münasibətlərinə işıq saldı. Tədbirlər çərçivəsində diqqətçəkən və qürurverici məqamlardan biri qarşı tərəflərin müraciətləri əsasında Prezident İlham Əliyevin çoxsaylı görüşlər keçirməsidir. Bu baxımdan Düşənbə səfəri də mühüm əhəmiyyət kəsb etdi.

Tacikistanın paytaxtında keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edən dövlət başçısı İlham Əliyev Düşənbədə dəfələrlə olduğunu, ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyini gördüyünü xüsusi vurğuladı. Cənab İlham Əliyev çıxışında, həmçinin Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafını qeyd etdi. Bu münasibətlər qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.

Tacikistan və Azərbaycanın din oxşarlığı da mühüm rol oynayır:

"Hər iki ölkənin əhalisi əsasən müsəlmandır. Bu da tərəflər arasında münasibətlərin inkişafı üçün hələ açılmamış potensialları göstərir. Azərbaycanın inkişaf edən sənaye sahələrinin məhsulları üçün Tacikistan mühüm bazar ola bilər.

Bir neçə məhsulun bu ölkəyə ixrac edilməsi sahəsində əlaqələrin genişləndirilməsi vacibdir. Tacikistan Azərbaycanın bəzi istehsal sahələri üçün əhəmiyyətli bazardır. Onların aqrar sektorundakı təcrübəsi də ölkəmiz üçün faydalı ola bilər.

İki ölkənin münasibətlərinin inkişaf etdirilməsi üçün perspektivlər var. Bu perspektivlərdən istifadə etmək birinci növbədə yüksək səviyyəli siyasi dialoqa bağlıdır. Yəni iki ölkə arasında siyasi dialoqun olması, anlayışlı münasibətlərdə olmaları tərəflərin iqtisadi-ticarət əlaqələrinin dərinləşməsinə çox imkan açar".

Vüqar İsmayılov

Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının əməkdaşı

Digər xəbərlər