Hərbi Memorial Məzarlıqda 44 günlük Vətən mühairbəsi şəhidləri əsgər Nəcəfov Yusif Nadir oğlunun və əsgər Mustafayev Nurlan Ağa oğlunun şəhadətlərinin beşinci ildönümü münasibətilə məzarları ziyarət olunub.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev, YAP Yasamal rayonu təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin, Yasamal rayon bələdiyyəsinin əməkdaşları, şəhid ailə üzvləri, qazilər və rayon ictimaiyyəti şəhidlərin məzarlarını ziyarət edib, önünə tər güllər düzüb, ruhlarına dualar oxuyublar.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Ziyarətlərdən sonra şəhidlərin əziz xatirələri üçün ehsan süfrəsi açılıb.
Qeyd edək ki, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən Nəcəfov Yusif Nadir oğlu isə şəhadətindən sonra "Vətən uğrunda", “Hərbi xidmətlərə” və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə, Mustafayev Nurlan Ağa oğlu isə şəhadətindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”,"Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!