Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının Kotanarx kənd ərazi partiya təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində partiya fəalları ilə görüş keçirib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov müstəqil Azərbaycan dövlətinin keçdiyi tarixdən və ölkəmizdə “Konstitusiya və Suverenlik İli”nin elan edilməsinin əhəmiyyətindən geniş şəkildə bəhs edib. O, bu ilin Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30, Vətən müharibəsində qazandığımız Zəfərin isə 5 ili olduğunu qeyd edib. Ə.Rəcəbov bildirib ki, müstəqil Azərbaycanın əldə etdiyi hər bir uğurun təməlində Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır.
Görüşdə partiya fəalları Sevda Cavadova, Almaz Eminova və Fidan Qəhrəmanova çıxış edərək Prezident İlham Əliyevin daxili və xarici siyasətinin uğurlu nəticələri barədə danışıblar. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təmin olunduğu, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı tikinti-quruculuq işləri aparıldığı və keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtdığı xüsusi qeyd olunub.